BMT Təhlükəsizlik Şurası fövqəladə iclas keçirməli və Ermənistanın dinc sakinlərə hücumunu pisləməlidir. Bunu Trend-ə fransalı deputat Raşida Dati deyib.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinə ATƏT-in Minsk qrupu və BMT Təhlükəsizlik Şurası vasitəsilə təsir göstərmək imkanı var: “ATƏT-in Minsk qrupunun bütün vasitələrindən istifadə etmək lazımdır. Bu münaqişənin başa çatması üçün biz Ermənistanı danışıqlar masasına oturmağa məcbur etməliyik”.