şənbə günü, 31 oktyabr 2026
     

Mil­li mət­bu­a­tı­mız ye­ni in­ki­şaf mər­hə­lə­sin­də...

Image


Mil­li mət­bu­at gü­nü in­tel­lek­tu­al cə­miy­yət üçün əla­mət­dar bir gün­dür. Bu gün söz ya­ra­dı­cı­lı­ğı­nın, fi­kir və dü­şün­cə sə­nət­kar­lı­ğı­nın bay­ra­mı­dır. Sö­zü­mü­zün ta­ri­xi isə özü­müz və özü­lü­müz qə­dər də­rin­dir. Hə­lə mil­li mət­bu­a­tı­mı­zın ya­ran­ma­sın­dan əv­vəl Azər­bay­ca­nın ic­ti­mai fi­kir ta­ri­xi min il­dən çox döv­rü əha­tə edən bö­yük bir tə­ka­mül yo­lu keç­miş və söz ya­ra­dı­cı­lı­ğı­nın mi­sil­siz ənə­nə­lə­ri­ni ya­rat­mış­dır.

Də­də Qor­qud qo­pu­zu­nun sə­da­sın­dan do­ğub, Ni­za­mi, Nə­si­mi, Fü­zu­li ki­mi söz dü­ha­la­rı­nın ci­la­sın­dan ke­çən və Mir­zə Fə­tə­li ya­ra­dı­cı­lı­ğın­da ar­tıq mil­li ide­ya­nın ifa­də­çi­si sə­viy­yə­si­nə yük­sə­lən Azər­bay­can sö­zü Hə­sən bəy Zər­da­bi­nin "Əkin­çi"si tim­sa­lın­da "ma­te­ri­al­laş­dı" və mil­li mət­bu­a­tı­mı­zın ilk nü­mu­nə­si­ni ər­sə­yə gə­tir­di. Əş­ya­la­rın ad­lan­dı­rıl­ma­sın­dan baş­la­yıb, mil­li ide­ya­nı ye­tiş­dir­mə­yə qə­dər yük­sə­lən mil­li söz XIX əsr ma­a­rif­çi­lə­ri­mi­zin fi­kir və dü­şün­cə­lə­rin­də yet­kin­lə­şən mil­li ide­o­lo­gi­ya­mı­zı ər­sə­yə gə­tir­di və onu ic­ti­mai şü­u­run apa­rı­cı qüv­və­si­nə çe­vi­rə bil­di. Söz­dən dü­şün­cə­lə­rə ho­pa­raq, ora­dan də əməl­lə­rə ke­çən mil­li ic­ti­mai şü­ur isə ilk mil­li döv­lə­tin ya­ran­ma­sı­na gə­ti­rib çı­xar­ma­sı ilə da­hi Fü­zu­li­nin vəsf et­di­yi "Əla­həz­rət Söz"ün qüd­rə­ti­ni və tən­tə­nə­si­ni nü­ma­yiş et­dir­di. 141 yaş­lı Mil­li mət­bu­a­tı­mız, sö­zün və söz sə­nət­kar­lı­ğı­mı­zın öz funksi­ya­sın­da ən yük­sək əmə­li nə­ti­cə­lə­rə gə­ti­rib çı­xar­dı­ğı bu uzun yo­lun ye­ni dövr mər­hə­lə­si­dir.

Mil­li mət­bu­a­tı­mı­zın ya­ran­dı­ğı dövr ta­rix üçün də ye­ni bir dövr idi. Bu, Sö­zün sen­ti­men­tal və ru­ha­ni his­siy­yat­la­rın təs­vi­rin­dən re­al hə­yat dü­şün­cə­lə­ri­nin ifa­də­çi­si­nə çev­ril­di­yi, mi­fik qəh­rə­man­lı­ğı göy­lə­rə yük­səl­dən mü­cər­rəd sa­ray po­e­ti­ka­sın­dan in­san­la­rın dü­şün­cə­si­nə nü­fuz et­mək­lə ic­ti­mai şü­u­ru tək­mil­ləş­di­rən, mil­li dün­ya­gö­rü­şü­nü for­ma­laş­ma­ğa is­ti­qa­mət­lən­di­rən və bu­nun­la da söz ya­ra­dı­cı­lı­ğı­na ic­ti­mai-si­ya­si ça­lar­lar gə­ti­rən re­a­list ya­ra­dı­cı­lıq mər­hə­lə­si­nə keç­di­yi bir dövr idi. Hə­min dövrdən bu gü­nü­mü­zə uza­nıb gə­lən yol Söz və fi­kir ta­ri­xi­mi­zin mü­ba­ri­zə, tə­ka­mül və qə­lə­bə­lər yo­lu­dur. İlk mət­bu or­qa­nı­mız "Əkin­ci"nin işıq üzü gör­mə­sin­dən dər­hal son­ra bir-bi­ri­nin ar­dın­ca açı­lan qə­zet­lə­ri­miz ağır təz­yiq­lər­lə üz­lə­şə­rək qı­sa müd­dət­dən son­ra bağ­lan­ma­lı olur­du­lar. Bu­na bax­ma­ya­raq,"Əkin­çi","Zi­ya", "Kəş­kül", "Kas­pi" ki­mi mət­bu or­qan­la­rı­mız ic­ti­mai-si­ya­si şü­u­run in­ki­şa­fı­na əhə­miy­yət­li tə­kan ver­di­lər, in­san­la­rın ye­ni hə­yat ide­al­la­rı uğ­run­da mü­ba­ri­zə­si­nə yol aça bil­di­lər. Hə­sən bəy Zər­da­bi, Sə­id və Cə­lal Ün­si­za­də­lər, Se­yid Əzim Şir­va­ni, Sul­tan Mə­cid Qə­ni­za­də, Fi­ru­din bəy Kö­çər­li, Məm­məd Kən­gər­li ki­mi mil­li ide­ya da­şı­yı­cı­la­rı­mız mil­li mət­bu­a­tı­mı­zın mək­təb və ənə­nə­si­ni ya­rat­ma­ğa na­il ola bil­di­lər. Heç tə­sa­dü­fi de­yil ki, o za­man­kı na­şir­lər və qə­zet­çi­lər pe­şə ba­xı­mın­dan jur­na­list de­yil­di­lər, la­kin mət­bu­at on­lar üçün xal­qın, mil­lə­tin şü­u­ru­na çat­dır­maq is­tə­dik­lə­ri mü­tə­rəq­qi ide­ya­la­rın ya­yıl­ma­sı­na və key­fiy­yət­cə ye­ni bir cə­miy­yə­tin ya­ran­ma­sı­na na­il ol­maq üçün is­ti­fa­də edə bi­lə­cək­lə­ri ən mü­a­sir və ən kə­sər­li bir va­si­tə idi. Ona gö­rə də XIX əsr zi­ya­lı­la­rı­mı­zın, de­mək olar ki, ha­mı­sı­nın hə­ya­tı mət­bu­at­la sıx bağ­lı idi. XX əs­rin əv­vəl­lə­rin­də isə Cə­lil Məm­məd­qu­lu­za­də, Ömər Fa­iq Ne­man­za­də, Üze­yir Ha­cı­bəy­li və di­gər zi­ya­lı­la­rı­mız bu ənə­nə­ni da­vam et­di­rə­rək "Şər­qi-Rus", "Hə­yat", "Açıq söz","Mol­la Nəs­rəd­din" və di­gər məş­hur mət­bu or­qan­la­rı­mı­zı ya­rat­maq­la ar­tıq möh­kəm­lən­mək­də olan mil­li şü­u­ru döv­lət­çi­lik şü­u­ru­na yük­səl­də bil­di­lər. Məhz bu in­san­la­rın fə­da­kar­lı­ğı və əzmkar­lı­ğı sa­yə­sin­də Azər­bay­can mil­li şü­u­ru elə ye­ni döv­rün baş­lan­ğı­cın­da özü­nün in­ti­bah mər­hə­lə­si­nə yük­səl­di və ta­rix­də ilk türk cum­hu­riy­yə­ti­ni - azad in­san və de­mok­ra­tik cə­miy­yət nü­mu­nə­si­ni ya­ra­da bil­di. Möv­cud ol­du­ğu qı­sa za­man kə­si­yin­də "İn­san­la­ra hür­riy­yət, Mil­lət­lə­rə is­tiq­lal" bə­yan et­miş ilk mil­li Cüm­hu­riy­yə­ti­miz­də mil­li mət­bu­a­tı­mız azad­lıq coş­qu­su ilə yük­səl­di, bö­yü­dü və gənc döv­lət­də sü­rət­li qu­ru­cu­luq və ya­ra­dı­cı­lıq ma­ra­fo­nu­na əvəz­siz töh­fə­lər ver­di. 1920-ci il­də müs­tə­qil­li­yi­mi­zə son qo­yan im­pe­ri­ya mil­li mət­bu­a­tı­mı­zın da müs­tə­qil­li­yi­nə son qoy­du. Im­pe­ri­ya nə­za­rə­ti al­tın­da ya­ra­nan ye­ni so­vet mət­bu­a­tı isə yal­nız bol­şe­vik ide­o­lo­gi­ya­sı­nın im­kan ver­di­yi özü­nə­məx­sus for­mat­da möv­cud ola bi­lər­di. Bu­na bax­ma­ya­raq, mil­li mət­bu­a­tı­mız mü­ba­ri­zə yo­lun­dan dön­mə­di. İc­ti­mai-si­ya­si ha­di­sə­lə­rə ob­yek­tiv mü­na­si­bət bil­dir­mə­yin müm­kün ol­ma­dı­ğı ən çə­tin za­man­lar­da be­lə mil­li mət­bu­a­tı­mız öz səy­lə­ri­ni əha­li­nin sa­vad­lan­ma­sı, mil­li mə­də­ni də­yər­lə­ri­mi­zin qo­run­ma­sı və ən baş­lı­ca­sı isə doğ­ma ana di­li­mi­zin ədə­bi dil ki­mi tək­mil­ləş­mə­si işi­nə yö­nəltdi. Mil­li-mə­də­ni sər­vət­lə­ri­mi­zin, mil­li-mə­nə­vi də­yər­lə­ri­mi­zin qo­ru­nub sax­lan­ma­sı­na mi­sil­siz xid­mət­lər gös­tər­di.

Mət­bu­at nü­ma­yən­də­si ola­raq cə­miy­yə­tin nə­zər­lə­ri­ni, diq­qə­ti­ni özü­nə cəzb edə bil­mək nə qə­dər şə­rəf­li bir ya­ra­dı­cıq işi ol­sa da, bir o qə­dər də mə­su­liy­yət­li və bü­tün­lük­lə cə­miy­yə­tin və döv­lə­tin in­ki­şa­fı üçün zə­ru­ri və mə­su­liy­yət­li bir mis­si­ya­dır. Bu mis­si­ya­nın öh­də­sin­dən la­yi­qin­cə gə­lən­lər bü­tün dövrlər­də söz və fi­kir səl­tə­nə­ti­nin in­ci­lə­ri ki­mi par­la­yıb və mil­lə­tin ta­ri­xi­nə par­laq sə­hi­fə­lər ya­zıb­lar. Elə par­laq sə­hi­fə­lər ki, on­la­rın şü­a­sı bü­töv bir xal­qın in­ki­şaf və tə­rəq­qi yo­lu­na gur isıq sa­çıb, onun in­di­si­ni və gə­lə­cə­yi­ni bö­yük bə­la­lar­dan xi­las edib, xalqla­rın ta­le­yin­də həl­le­di­ci rol oy­na­yıb­lar. Məhz bu­na gö­rə də mil­li mət­bu­a­tı­mız­dan da­nı­şan­da ta­ri­xi söz us­tad­la­rı­mı­zın nur­lu si­ma­la­rı göz­lə­ri­miz önün­də can­la­nır, on­la­rın ta­rix ya­ra­dan söz və fi­kir ya­ra­dı­cı­lı­ğı par­laq bir ör­nək ki­mi nə­sil­lər­dən nə­sil­lə­rə ötü­rü­lür. Bu əbə­di və ədə­bi mis­si­ya­nın da­şı­yı­cı­la­rı fə­da­kar in­san­lar­dır. On­lar sö­zün qüd­rə­ti­ni an­la­yan, o qüd­rə­ti öz fə­a­liy­yə­ti ilə nü­ma­yiş et­di­rən və özü­nün mət­bu­at sa­hə­sin­də­ki xid­mə­ti ilə mən­sub ol­du­ğu xal­qı da ye­tiş­di­rən, şə­rəf­lən­di­rən və qüd­rət­lən­di­rən da­hi­lər­dir. 141 yaş­lı mil­li mət­bu­a­tı­mı­zın ta­ri­xi be­lə dü­ha­lar­la zən­gin­dir.

1991-ci il­də döv­lət müs­tə­qil­li­yi­mi­zin bər­pa­sı Hə­sən bəy Zər­da­bi­dən gə­lən keş­mə­keş­li mil­li mət­bu­at yo­lu­nu ye­ni­dən işıq­lan­dır­dı və ar­tıq on­lar­la de­yil, yüz­lər­lə mət­bu or­qan mil­lə­tin azad­lıq coş­qu­sun­dan do­ğan əzmkar­lıq­la ye­ni cə­miy­yət qu­ru­cu­lu­ğu­na qo­şul­du­lar. 1998-ci ilin av­qus­tun­da ümum­mil­li li­de­ri­miz Hey­dər Əli­ye­vin mət­bu­at üzə­rin­də sen­zu­ra­nın ləğv olun­ma­sı haq­qın­da ta­ri­xi Fər­ma­nı isə mil­li mət­bu­a­tı­mı­zı əbə­di azad­lı­ğa qo­vuş­dur­du, onun in­ki­şaf yo­lun­da in­tə­ha­sız üfüq­lər aç­dı. Pre­zi­dent Hey­dər Əli­ye­vin mət­bu­a­ta özəl mü­na­si­bə­ti, mət­bu­at nü­ma­yən­də­lə­ri­nə qar­şı son­suz sə­mi­miy­yə­ti və qay­ğı­keş­li­yi elan olun­muş müs­tə­qil­li­yin hə­lə ki­fa­yət qə­dər möh­kəm­lən­mə­di­yi bir dövrdə mil­li mət­bu­a­tı­mı­zı döv­lət qu­ru­cu­lu­ğu iş­lə­ri­nə töh­fə­lər ver­mə­yə sövq edir­di. La­kin bir tə­rəf­dən, öl­kə­də hökm sü­rən mü­ha­ri­bə şə­ra­i­ti və di­gər tə­rəf­dən,ya­ran­maq­da olan ye­ni iq­ti­sa­di mü­na­si­bət­lər çər­çi­və­sin­də mad­di və­sa­it ça­tış­maz­lı­ğı mil­li mət­bu­a­tı­mı­zın sər­bəst in­ki­şa­fı­nı müm­kün­süz edir­di. Ca­ri is­teh­sal fə­a­liy­yə­ti üçün mət­bu or­qan­la­rın döv­lət qu­rum­la­rı­na ya­ran­mış kül­li miq­dar­da borcla­rı çox­say­lı qə­zet və jur­nal­la­rı bağ­lan­maq təh­lü­kə­si qar­şı­sın­da qoy­muş­du. Ən çə­tin za­man­lar­da mil­li mət­bu­a­tı­mı­za xü­su­si tə­əs­süb­keş­lik­lə ya­na­şan Hey­dər Əli­yev o za­man da mil­li mət­bu­a­ta döv­lət qay­ğı­sı­nın uni­kal nü­mu­nə­si­ni ya­rat­dı. Döv­lət baş­çı­sı­nın bu borcla­rın si­lin­mə­si haq­qın­da sə­rən­ca­mı mət­bu or­qan­la­rı­na öz fə­a­liy­yə­ti­ni da­vam et­dir­mək üçün ye­ni və da­ha ge­niş für­sət­lər ya­rat­dı. Ye­ni ic­ti­mai-si­ya­si şə­ra­it­də mey­da­na çı­xan fi­kir plü­ra­liz­mi­nin, çox­say­lı par­ti­ya və qrup mə­na­fe­lə­ri­nin, mət­bu­a­ta xa­ri­ci və da­xi­li tə­sir cəhdlə­ri­nin bir-bi­ri­nə qa­rış­dı­ğı mü­rək­kəb, la­kin ki­fa­yət qə­dər ge­niş bir rə­qa­bət mey­da­nın­da mil­li mət­bu­a­tı­mız "çə­kiş­mək­lə bər­kiş­mək" mər­hə­lə­si­ni də ya­şa­dı.

Bu­gün­kü döv­rü­müz­də isə Pre­zi­dent İl­ham Əli­ye­vin mət­bu­a­ta mü­na­si­bət­də sər­gi­lə­di­yi sə­mi­mi dostluq mü­na­si­bət­lə­ri mil­li mət­bu­a­tı və mət­bu­at nü­ma­yən­də­lə­ri­ni döv­lət­çi­lik mə­na­fe­yi na­mi­nə ümum­mil­li ma­raq­lar ət­ra­fın­da bir­ləş­mə­yə, xal­qın mə­na­fe­yi­nə xid­mət et­mə­yə sə­fər­bər et­mək­də­dir. Bu gün Azər­bay­can söz və fi­kir azad­lı­ğı­nın tam bər­qə­rar ol­du­ğu, hər bir və­tən­da­şın is­tə­ni­lən mət­bu­at or­qa­nı­na ma­ne­ə­siz çı­xı­şı­nın tə­min olun­du­ğu bir mə­kan­dır. Əha­li­nin 75%-nin in­ter­net is­ti­fa­də­çi­si ol­du­ğu bir cə­miy­yət­də ye­ni tex­no­lo­gi­ya­la­ra əsas­la­nan elektron küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­ri­nin in­ki­şa­fı mət­bu­a­tın da­ha çe­vik, da­ha ope­ra­tiv fə­a­liy­yət gös­tər­mə­si üçün ide­al şə­ra­i­ti tə­min edir. La­kin mü­ba­ri­zə da­vam edir. Çağ­daş döv­rü­müz­də ya­ran­mış sər­bəstlik­dən sui-is­ti­fa­də et­mə­yə ça­lı­şa­raq, döv­lət­çi­li­yi­miz əley­hi­nə giz­li-aş­kar fə­a­liy­yət gös­tə­rən bir sı­ra xa­ri­ci təş­ki­lat­la­rın və 5-ci ko­lon nü­ma­yən­də­lə­ri­nin bə­zi mət­bu­at or­qan­la­rı­nı öz tə­si­ri da­i­rə­si­nə sal­maq cəhdlə­ri də bu gü­nü­mü­zün da­nıl­maz re­al­lı­ğı­dır. Bey­nəl­xalq are­na­da öz mil­li ma­raq­la­rı­nı qo­ru­maq­la müs­tə­qil si­ya­sət ye­rit­mə­yə cəhd edən ye­ni nə­sil döv­lət­lə­ri üçün xa­rak­te­rik olan bu hal öl­kə­miz­də də mü­şa­hi­də olu­nur. Bu­nun sə­bəb­lə­ri də bəl­li­dir. Əs­lin­də, dün­ya si­ya­sə­ti­nin ci­lo­vu­nu öz əl­lə­rin­də sax­la­ma­ğa ça­lı­şan güc sa­hib­lə­ri ye­ni in­ki­şaf mər­hə­lə­si­nə qə­dəm qoy­muş öl­kə­lər haq­qın­da bey­nəl­xalq mət­bu­at­da de­zin­for­ma­si­ya­lar yay­maq­la hə­min döv­lət­lə­ri müs­tə­qil si­ya­sət yü­rüt­mək­dən çə­kin­dir­mə­yə və be­lə­lik­lə də, öz­lə­ri­nin si­ya­si tə­sir da­i­rə­sin­də sax­la­ma­ğa ça­lı­şır­lar. Yer­li-yer­siz öl­kə­miz­də mət­bu­at azad­lı­ğı­nın möv­cud­lu­ğu­na köl­gə sal­maq is­tə­yən bə­zi bey­nəl­xallq təş­ki­lat­la­rın vax­ta­şı­rı hü­cum­la­rı da məhz bu məq­sə­də xid­mət edir. La­kin be­lə cəhdlə­rin əv­vəl-axır uğur­suz­lu­ğa məh­kum ola­ca­ğı heç kim­də şüb­hə do­ğur­mur. Çün­ki ötən il­lər ər­zin­də Azər­bay­can­da döv­lət-mət­bu­at-cə­miy­yət üç­bu­ca­ğı­nın elə bir konstruk­tiv kon­fi­qu­ra­si­ya­sı for­ma­laş­mış­dır ki, bu qar­şı­lıq­lı mü­na­si­bət­lər sis­te­min­də Azər­bay­ca­nın müs­tə­qil­li­yi­nin qo­run­ma­sı, Azər­bay­can xal­qı­nın mə­na­fe­yi­nin və mil­li ma­raq­la­rı­nın mü­da­fiə edil­mə­si bü­tün tə­rəf­lər üçün pri­o­ri­tet he­sab olu­nur. Möv­cud mü­na­si­bət­lər sis­te­mi hər bir və­tən­da­şın fər­di ma­raq­la­rın­dan, hü­quq və və­zi­fə­lə­rin­dən baş­la­ya­raq döv­lə­tin mil­li ma­raq­la­rı­na və və­tən­daş qar­şı­sın­da öh­də­lik­lə­ri­nə qə­dər ic­ti­mai-si­ya­si hə­ya­tın bü­tün sə­viy­yə­lə­rin­də qar­şı­lıq­lı eti­ma­dı özün­də eh­ti­va edir. Məhz be­lə bir mü­na­si­bət­lər sis­te­mi döv­lət-cə­miy­yət vəh­də­ti­nin tə­mə­li­ni təş­kil edir. Döv­lət­lə xalq ara­sın­da hökm sü­rən vəh­dət isə, öz növ­bə­sin­də, Azər­bay­ca­nın müs­tə­qil­li­yi­ni əbə­di, dön­məz və sar­sıl­maz edən baş­lı­ca amil­dir. Azad cə­miy­yət və güc­lü döv­lət tan­de­mi­nin do­ğur­du­ğu bu vəh­də­tin da­ha da möh­kəm­lən­mə­sin­də mil­li mət­bu­a­tı­mı­zın ro­lu həl­le­di­ci­dir.

Son 10 il­də KİV təm­sil­çi­lə­ri­nin hə­yat və ya­ra­dı­cı­lıq im­kan­la­rı ilə ya­na­şı, pe­şə­kar­lıq sə­viy­yə­si­nin də artdı­ğı­nı gör­mə­mək və qeyd et­mə­mək ol­maz. Bu­gün­kü mü­a­sir jur­na­list cə­miy­yə­ti­nin ən fə­al, ən mü­ba­riz və ən və­tən­pər­vər nü­ma­yən­də­si­dir. Bu gün mil­li ya­zar­la­rı­mı­zın ya­ra­dı­cı­lı­ğı, on­la­rın öl­kə və dün­ya ha­dis­lə­ri­nə ba­xı­şı, çe­vik və ob­yek­tiv mü­na­si­bə­ti yal­nız mil­li mət­bu­a­tı­mız­da de­yil, bey­nəl­xalq mət­bu­at­da da özü­nə yer al­maq­da­dır. Xa­ri­ci öl­kə­lər­də, xa­ri­ci dil­lər­də dərc olu­nan dər­gi­lər­də jur­na­listlə­ri­mi­zin im­za­sı mil­lə­ti­mi­zin im­za­sı­dır. Bu im­za­la­rın sa­yı nə qə­dər ar­tır­sa, mil­lə­ti­miz də bir o qə­dər bö­yü­yür. 1990-2000-ci il­lər ara­sın­da jur­na­list fə­a­liy­yə­ti­nin nə yol­la olur-ol­sun öz mad­di eh­ri­yac­la­rı­nı ödə­mək və ya özü­nün sub­yek­tiv si­ya­si id­di­a­la­rı­nı qa­bartmaq va­si­tə­sin­dən son 10 il­də döv­lət və cə­miy­yət üçün fay­da­lı ol­maq uğ­run­da in­te­lek­tu­al rə­qa­bət mey­da­nı­na da­xil ol­ma­sı­na doğ­ru sü­rət­li ke­çi­di bu nə­cib və mə­su­liy­yət­li pe­şə­yə olan ma­ra­ğı və bu pe­şə sa­hib­lə­ri­nin nü­fu­zu­nu əhə­miy­yət­li də­rə­cə­də yük­səl­də bi­lib. Bu gün Azər­bay­can jur­na­lis­ti­ka­sı­nı təm­sil edən gənclər da­ha sa­vad­lı, da­ha mən­tiq­li, da­ha fay­da­lı ya­ra­dı­cı­lı­ğı ilə mət­bu­a­tı cə­miy­yə­tin güz­gü­sü və mə­nə­vi qi­da­sı sta­tu­su­na yük­səl­də bi­lir. Bu­gün­kü jur­na­lis­ti­ka­mız si­ya­si, iq­ti­sa­di, so­si­al və mə­nə­vi hə­ya­tı­mı­zın hər üzü­nü ol­du­ğu ki­mi təq­dim et­mə­yə, oxu­cu­la­rı hər­tə­rəf­li dü­şün­mə­yə və dü­şün­dür­mə­yə yö­nəl­dən söz və fi­kir plü­ra­liz­mi­ni or­ta­ya qoy­ma­ğa, sa­də dil­lə de­sək, ağa ağ, qa­ra­ya qa­ra de­mə­yə qa­dir olan, döv­rü­mü­zün sü­rət­lə ye­ni­lə­şən ten­den­si­ya­la­rı­nı ic­ti­mai-si­ya­si şü­u­ra aşı­la­maq gü­cü­nə sa­hib olan fə­a­liy­yət nö­vü­dür. Ye­ni dövr mil­li mət­bu­a­tı­mız və onun təm­sil­çi­lə­ri qar­şı­sın­da ye­ni tə­ləb­lər qo­yur. Dün­ya qlo­bal­la­şır, bu həm də o de­mək­dir ki, dün­ya ki­çi­lir. Dün­ya­nın is­tə­ni­lən gu­şə­sin­də baş ve­rən, bu və ya di­gər də­rə­cə­də əhə­miy­yət kəsb edən ha­di­sə­lər bir an i?in­də dün­ya­nın hər tə­rə­fi­nə ya­yı­lır. Ya­yı­lan­la­rın nə də­rə­cə­də ob­yek­tiv və fay­da­lı ol­ma­sın­dan bə­zən döv­lət­lə­rin və xalqla­rın ta­le­yi ası­lı olur. Be­lə­lik­lə, mət­bu­a­tın işi dün­ya­nın işi olur de­sək, ya­nıl­ma­rıq. Mil­li mət­bu­a­tı­mız da dün­ya mət­bu­a­tı­nın bir par­ça­sı ki­mi bu sü­rət­li hə­rə­kət­lər tra­yek­to­ri­ya­sın­da öz izi­ni açır. Bu gün be­lə bir mə­su­liy­yət­li fə­a­liy­yət­lə məş­ğul ol­maq üçün sa­də­cə dəf­tər və qə­ləm ki­fa­yət de­yil. Sa­də­cə de­mə­yə sö­zü ol­maq da ki­fa­yət de­yil. Sö­zü­nü vic­dan­la de­mək, mil­lə­tin mə­na­fe­yi­nə və tə­rəq­qi­si­nə xid­mət edən söz de­mək, de­mək is­tə­di­yi­ni xal­qa mə­həb­bət­lə, döv­lə­tə sə­da­qət­lə, hər bir in­sa­na sev­gi ilə de­mək hər bir qə­ləm sa­hi­bi­nin mə­nə­vi bor­cu­na çev­ri­lir. Bu bor­cun öh­də­sin­dən la­yi­qin­cə gəl­mək jur­na­list pe­şə­si­ni özü­nə hə­yat kre­do­su seç­miş in­san­lar üçün şə­rəf işi­dir.

Bu şə­rəf­li iş­də - və­tən­daş, xalq, döv­lət və dün­ya qar­şı­sın­da öz bor­cu­nu la­yi­qin­cə ye­ri­nə ye­tir­mək ki­mi mə­su­liy­yət­li mis­si­ya­sın­da 141 yaş­lı qo­ca­man mil­li mət­bu­a­tı­mı­zın çağ­daş nü­ma­yən­də­lə­ri­nə möh­tə­şəm uğur­lar ar­zu­su ilə,

Ca­van­şir Fey­zi­yev,

Fəl­sə­fə dok­to­ru, mil­lət və­ki­li,

Azər­bay­can Mət­bu­at Şu­ra­sı­nın İda­rə He­yə­ti­nin üz­vü



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ