Türkiyə Radio və Televiziyası Ali Şurası (RTÜK) tərəfindən lisenziyası ləğv edilən kanalların heç biri Azərbaycanda fəaliyyət göstərən kabel şəbəkəsi yayımçılarının siyahısında yoxdur. Bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov deyib.
Aparat rəhbəri əlavə edib ki, ümumiyyətlə, Azərbaycanda fəaliyyət göstərən kabel şəbəkəsi yayımçılarının teleradio yayımı üçün xüsusi razılığı (lisenziya) olmayan xarici kanalları retranslyasiya etmək hüququ yoxdur.
T. Məmmədov qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən kabel şəbəkəsi yayımçıları yalnız xüsusi razılığı (lisenziya) olan xarici kanalları retranslyasiya etmək hüququna malikdir.