Türkiyə aviasiyası İraqın şimalında kürdlərin mövqelərinə sarsıdıcı zərbə vuraraq 20 silahlını məhv edib.
Baki-xeber.com bu barədə gazeta.ru saytından məlumat əldə edib. Bu, Türkiyədə hərbi çevrilişə uğursuz cəhdin ardından Türkiyə HHQ-nin İraqda ilk əməliyyatıdır. İraq hökuməti Türkiyə HHQ-nin ölkəsində əməliyyat keçirməsinə etiraz etsə də, Türkiyə hökuməti ilə münasibətlərin pozulmamasında maraqlı olduqlarını da bildirib. Qeyd olunub ki, bu münasibətləri həm coğrafi, həm də tarixi şərait tələb edir.
Türkiyə tərəfi isə PKK və onun silahlı qolu olah PYD-nin məhvində maraqlı olduğunu gizlətmir və onu ölkənin təhlükəsizliyinə bir nömrəli hədə sayır.
Xəbərdə o da xatırladılır ki, iyulun 20-də Türkiyə HHQ-nin İraqda kürdlərə qarşı əməliyyatlara başlamasının 1 ili tamam olub.
Ekspertlər son əməliyyatı həm də hərbi çevriliş cəhdinin ardından bu sferada aparılan kütləvi həbslər fonunda Türkiyənin ordunun əvvəlki qüdrətini itirmədiyini göstərmək niyyətilə izah edir.