Ötən gecə İrəvanda gərginlik daha da artıb.
Baki-xeber.com-un yerli mətbuatdan əldə etdiyi xəbərə görə, polis bazar günündən bəri 4 nəfəri girovluqda saxlayan radikallara qarşı xüsusi əməliyyat keçirmək istəyib. Bunu görən aksiyaçılar polisə mane olmağa çalışıb və nəticədə qarşıdurma yaranıb. Aksiyaçılar polisə daş və digər bərk predmetlər atmağa başlayıb. Bunun qarşılığında polis səs qumbaralarından istifadə edib. Toqquçma nəticəsində yaralanların sayı 51 nəfərə çatıb, onlardan 28 nəfəri hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.
Qarşı duran tərəflər arasında danışıqları deputat Nikol Paşinyan aparıb. O, baş verənləri provokasiya adlandıraraq, aksiyaçıları poisə yaxınlaşmamağa, polisləri isə sakit olmağa çağırıb. Bildirib ki, indi əsas məsələ polisin alayı tutanlara hücum etməsinə yol verməməkdir.
Gərginlik davam edir.