Artıq xəbər verildiyi kimi, bu gün Türkiyə Nazirlər Kabinetinin fövqəladə toplantısı keçirilib.
Baki-xeber.com-un CNN Türk-ə istinadən xəbərinə görə, ölkədə uğursuz çevriliş cəhdinin ardından Nazirlər Kabineti təhlükəsizliyin təmin olunması məqsədilə 3 aylıq fövqəladə vəziyyət elan edib. Bu barədə Cumhurbaşqanı Rəcəb Tayyib ərdoğan toplantı sonrası verdiyi açıqlamada bəyan edib.