Türkiyə diplomatik dairələrindəki mənbənin verdiyi məlumata görə, Moskva Ankaraya çevriliş planı ilə bağlı xəbərdarlıq edib.
Baki-xeber.com-un utro.ru-ya istinadən xəbərinə görə, Rusiya tərəfi çevriliş çəhdindən bir neçə saat öncə bu barədə məlumat əldə edərək Türkiyə kəşfiyyatına ötürüb. Diplomatların sözlərinə görə, rus kəşfiyyatı kodlaşdırılmış radioproqram ələ keçirib ki, həmin radioproqramda çevriliş hazırlayan Türk hərbçiləri bir-birilə əlaqə saxlayıb. Həmin danışıqlar zamanı Ərdoğanın Marmarisdə oteldə tutulması və ya öldürülməsi üçüb hərbi helikopter göndərilməsi barədə göstəriş verildiyi bildirilir. Diplomatlar danışıqların stenoqramının hansı vasitələrlə əldə edildiyini açıqlamayacaqlarını bildiriblər, yalnız onu deyiblər ki, Suriyanın Hmeymim hərbi bazasında belə bir imkan var.
Beləliklə, Türkiyə silahlı qüvvələri çevriliş cəhdindən cəmi bir neçə saat öncə kəşfiyyatın bu barədə məlumat əldə etdiyini xəbər verib. Ankaradakı yüksək vəzifəli hərbi mənbələr də çevriliş cəhdindən 5 saat öncə bu barədə məlumatın kəşfiyyat vasitəsilə verildiyini təsdiqləyib.