İrəvanda polis idarəsini ələ keçirənlərin tərəfdarları ilə polis qüvvələri arasında qarşıdurma başlayıb. Baki-xeber.com RBK-ya istinadən xəbər verir ki, bu dəqiqələrdə aksiyaçılar polisləri daşa basır. Qarşılığında isə polis səs qumbaraları tətbiq etməyə başlayıb.
Xəbərdə o da bildirilir ki, aksiya iştirakçıları yeməyi onlara polislərin deyil, müxalif deputat Nikol Paşinyan aparsın.
Xatırladaq ki. bazar günü erkən saatlarda bir qrup silahlı İrəvanın Erebuni rayonunda polis idarəsini ələ keçirərək oradakı polis məmurlarını girov saxlayır. Çıxan atışma nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
Qarşıdurma gərginləşməkdə davam edir. Yüksək vəzifəli polis rəsmisi isə bildirib ki, aksiyaçılar yumşalmayacağı təqdirdə onlara qarşı silahdan istifadə istisna olunmur.