Bu güm İrəvanın Xorenasi prospektinə parlamentin "Çiçəklənən Ermənistan” partiyasından seçilmiş deputatları gedib və onlarla aksiyaçılar arasında maraqlı olay yaşanıb. Baki-xeber.com bu barədə yerli media orqanlarına istinadən xəbər verir.
Xəbərə görə, deputatlar aksiyaçıları sakitləşdirməyə və qanunlara riayət olunmasına dəvət etməyə gəldikləri halda sərt təpki ilə üzləşiblər. Belə ki, aksiyaya toplaşanlar deputatları Rusiya-Ermənistan Raketdən birgə müdafiə sisteminə qarşı çıxmamaqda qınayıblar. Aksiyaçının "Siz bu günə qədər harda idiz? O sistemə etiraz etdinizmi” sualına deputat Mikael Melkumyan sualla cavab verib:”Sən bilirsənmi birgə RƏM nə deməkdir? Bu o deməkdir ki, sənə peyk verirlər və sən bütün ərazini nəzarətdə saxlaya bilirsən”. Bunun ardınca isə aksiyaçı əsas sualını verib:”Bəs sabah səmaya Azərbaycan təyyarəsi qalxsa ona nə ilə cavab verəcəksiz?” "Həmin sistemin imzalanması həm də bizdə olmayan qırıcı təyyarələrin mövcudluğu deməkdir”- erməni deputat deyib. Bu zaman digər aksiyaçı "Siz sadə insanları dinləməyin, gedin bu hökumətə qulluq edin”- deyə deputata kinayəli atmaca atıb.