ATƏT-in Minsk Qrupu həmsədrlərinin Ankara səfəri təxirə salınıb.
Baki-xeber.com-un ria.ru-ya istinadən xəbərinə görə, bu barədə amerikalı həmsədr Ceyms Uorlik məlumat verib.
Xatırladaq ki, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu özünün bu yaxınlarda baş tutan Bakı səfərində mətbuat konfransında Türkiyə tərəfinin Qarabağ nizamlanması üzrə danışıqların gedişi barədə məlumatlandırılması məqsədilə iyulun 18-də həmsədrlərin Ankaraya səfər edəcəyini bildirmişdi.
Uorlik deyib ki, hazırda növbəti görüşün tarixi dəqiqləşdirilir.