ABŞ Dövlət Departamenti İrəvanda 3 gündür davam edən, insan ölümü və yaralanmalarla müşayiət olunan hadəsələrə münasibət bildirib.
Baki-xeber.com-un yerli mətbuatdan əldə etdiyi xəbərə görə, Departament İrəvandagüc yolu ilə siyasi dəyişikliklərə cəhdi qınayır, ölkə rəhbərliyini situasiyanın yumşaldılmasında təmkin nümayiş etdirməyə çağırır. Bu barədə Dövlət Departamentinin nümayəndəsi Mark Toner bəyan edib. Onun sözlərinə görə, Vaşinqton siyasi məsələlərin həllində gücə üstünlük verilməsini doğru ideya saymır və demokratik dəyərlərə hörmət edilməsinə çağırır.
Xatırladaq ki, artıq 3 gündür İrəvanın Erebuni rayonunda silahlı dəstə Post-Patrul Xidməti alayını ələ keçirərək polis işçilərini girov saxlayır. Hücum zamanı alayın komandir müavini, polkovnik Artur Vanoyan öldürülüb, 4 nəfər isə yaralanıb. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.