Kiyevin mərkəzində maşının partlaması nəticəsində tanınmış jurnalist Pavel Şeremet həlak olub.
Baki-xeber.com-un ria.ru-ya istinadən xəbərinə görə, maşın "Ukrainskaya pravda” internet nəşrinin rəhbəri Alyona Prituleyə aid olub. Lakin onun özü maşında olmayıb. Partlayış jurnalist evindən aralanaraq bir neçə metr məsafə qət etdikdən sonra baş verib.
Xəbərdə o da bildirilir ki, Pavel Şeremet son 5 ildə Kiyevdə yaşayırdı. "Ukrainskaya pravda”dan əlavə, o həm də radioda xəbər proqramının aparıcısı idi. Agentlik hələlik polisdən hadisə ilə bağlı açıqlama ala bilməyib.
Xəbərdə o da bildirilir ki, Pavel Şeremet son 5 ildə Kiyevdə yaşayırdı. "Ukrainskaya pravda”dan əlavə, o həm də radioda xəbər proqramının aparıcısı idi.
Agentlik hələlik polisdən hadisə ilə bağlı açıqlama ala bilməyib.