WikiLeaks portalı Türkiyə iqtidarının elektron yazışmalarının ilk partiyasını aşıqlayıb.
Baki-xeber.com-un ria.ru-ya istinadən xəbərinə görə, burada təxminən 290 məktub yer alır. Elektron məktubların hakim partiyanın "akparti.org.tr" ünvanlı əsas domenindən götürüldüyü bildirilir. Sonuncu məktub 6 iyul 2016-ı ildə göndərilib. Portalın açıqlamasında o da deyilir ki, yazışmalarda əsasən beynəlxalq məsələlərlə bağlı fikirlər yer alır, daxildəki həssas mövzulara toxunulmur.
Twitter hesabında isə portal kiberhücumlara məruz qaldığını bildirir.