Dünən gecə saatlarında İrəvanda polislə aksiyaçılar arasında daha bir toqquşma yaşanıb.
Baki-xeber.com-un yerli mətbuata istinadən xəbərinə görə, İrəvan polisinin başçısı Aşot Karapetyan jurnalistlərə deyib ki, polislər arasında yaralananlar var, onlar xəstəxanaya qaldırılıb. Lakin o, neçə nəfərin və hansı şəkildə yaralandığını açıqlamayaraq, bu barədə daha sonra məlumat verəcəyini vəd edib.
Xatırladaq ki, daha öncə qarşı tərəfin nümayəndəsi Varujan Avetisyan etiraz əlaməti olaraq yalnız havaya atəş açdıqlarını açıqlamışdı.
Mətbu orqanlar onu da qeyd edir ki, Sari taq rayonunda mülki aktivistlərlə polis arasında qarşıdurma yaranıb. Belə ki, onlar blokadaya alınmış əraziyə keçmək istəyiblər. Polis müqavimət göstərəndə isə qarşıdurma yaranıb və aksiyaçılar polisləri daşa basıb. Hər iki tərəfdən xəsarət alanların olduğu xəbər verilir.