şənbə günü, 31 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Adamlardan qaçıram ki...
Tarix: 20.07.2016 / 00:46
Bölmə: Gündəm
Bir kinofilmdə eşitmişəm: "Adamlardan qaçıram ki, adam olum". Tez-tez məndən soruşurlar: "Heç görünmürsən, haralardasan?" Hərəyə bir söz deyirəm. Deyirəm ki, əsər yazıram, ailə-uşaqla, qayğılarımla məşğulam... Bəzən də görürəm məni düz başa düşməyəcəklər, deyirəm: Mən tez-tez görünürəm, siz görünmürsünüz. O gün filan televiziya kanalında qonaq idim, yəqin baxmamısınız. Filan-filan tədbirlərdə məni görmədiniz? Filan məqaləmi qəzetdə oxumadınız?
Kiminləsə görüşüb bir kəlmə kəsən kimi soruşur: "Harada işləyirsən? Bir vəzifə almadın?". Mənfi cavab alan kimi tez-tələsik ,yaxşı, sağ ol" deyib ayrılır. Daha deyə bilmirəm ki, a kişi, mən daim işləyirəm, düşünürəm, gecəni-gündüzə qatıram, min dərd var... Bir də yazıçının işi yazmaqdır də... Lap tutaq ki, mən bir vəzifədə işlədim, bundan sənə nə?
Həqiqətən, o qədər şəxsi işlər, ailə-məişət qayğıları olur ki, hamının gözünə görünmək olmur. O da doğrudur ki, imkan daxilində adamlardan qaçıram, tənhalığa çəkilirəm. Niyə? Bax, bunu açıqlamağa çalışacağam.
Məmləkətimizdə elə bir adam tapın ki, gündə bir neçə dəfə əsəbiləşməsin! Vəzifədə olmadığını bilən adamın söhbəti yarımçıq qoyub tez-tələsik səndən ayrılmasını görəndə əsəbiləşərsən, yoxsa-yox? Əslində onlara sən yox, sənin vəzifən lazımdır.
Unudulmaz şair Süleyman Rüstəm belələri haqqında "Yaxşı ki..." şeirində çox gözəl yazıb:
Vəzifə başında oturmuşam mən,
Yaman hərlənirsən ətrafımda sən.
Sağıma baxıram, sağımda varsan,
Soluma baxıram, solumda varsan,
Bağıma baxıram, bağımda varsan,
Yoluma baxıram, yolumda varsan!
Artıq, bir vəzifə daşımıram mən,
Gözümə dəymirsən, qəribədir, sən.
Sağıma baxıram, sağımda yoxsan,
Soluma baxıram, solumda yoxsan,
Bağıma baxıram, bağımda yoxsan,
Yoluma baxıram, yolumda yoxsan!
Yaxşı ki, yoxsan!
Adamı vəzifəyə görə sayanlar haqqında bundan yaxşı nə demək olar?
"KVN"-çilər demişkən, Bakını tikib çeviriblər! Hər yer toz-duman içindədir. Harada gəldi bina tikirlər. Tikirlər, qoy tiksinlər, hamının evinin olması yaxşıdır. Amma harada, nə cür tikirlər? Bu suala cavab vermək uzun çəkər.
Təzə evlərin həyətində maşın saxlamağa meydança yox, ətrafda yaşıllıq, bağ-bağça yox, məktəb yox, xidmət müəssisələri yox, yol yox, idman meydançası yox, bir sözlə, insan yaşayışı üçün heç bir şərait yoxdur.
Mənzili də verəndə əyri-üyrü divarlar verirlər, bir qapısı olur, bir də pəncərələri. Hər tərəf qum, palçıq... İndi təmir elə görüm, necə təmir eləyirsən! Qəribi belə yerdə ağlamaq tutur...
Tikilmiş evlərin qarşısında üzbəüz, beş metrlikdə yeni evlər tikirlər ki, səni Günəş işığına həsrət qoysunlar. Bu binadan o binaya nərdivanla keçmək olar. Dünyanın heç yerində belə özbaşınalıq yoxdur!
Bir binanı tikirlər, camaat nə zülmlə, zillətlə mənzilləri təmir etdirib köçür, düşünür ki, hə, indi rahat ola bilərik. Yaşadığın binanın lap qabağında yeni binanın tikintisinə başlananda traktorlar gecə-gündüz işləyir, fəhlələrin səs-küyü, qışqırıqları aləmi başına götürür. Elə bil, Gədəbəyin çöllərindəyik! Əsəbiləşmə, görüm necə əsəbiləşmirsən! Döz, görüm necə dözürsən! Çəkilirsən mənzilinə, qapı-pəncərələri də örtürsən ki, gurultu-nərilti, səs-küy eşidilməsin, mənzil toz-torpaqla, sementlə dolmasın. Onda da havasızlıqdan boğulursan.
İnsanlar şəhərdə yox ey, Günəşlinin daş-kəsəkli yerlərində ev tikdirmək məqsədilə 3 sot torpaq sahəsi almaq üçün dəridən-qabıqdan çıxırlar, görəsən, bu qədər bina tikdirməyə Bakının mərkəzində torpaq sahələri necə tapılır?
Şəhərdə gecə saat 3-dən başlayaraq "avtoş"ların maşınlarının səsindən yatmaq mümkün olmur. Səs siqnallarının, əyləclərin tükürpədici səsindən yatdığın yerdən dik atılırsan. Maşın sürmək də böyük əzab-əziyyətə çevrilib. Bəzi sürücülər maşınları səkilərdə sürür. Deyirsən, görəsən bu şəhərin sahibi yoxdur? İndi gəl, əsəbiləşmə!
İşıqforun qırmızı işığında maşınlar bir-birinin ardınca düzülür, bir addım qabağa getmək mümkün deyil, arxada dayanan maşının eybəcər səs siqnalı qulaq batırır: gah it hürür, gah da hansı heyvanınsa səsi gəlir. Güclü, qüvvətli olasan, düşüb yapışasan həmin sürücünün yaxasından ki, a bala, nə istəyirsən? Görmürsən qırmızı işıq yanır?
Mərdəkan yolunda "Mersedes" markalı maşın 160-la şütüyür. Arxadan bir "Jiquli" sürücüsü mühərriki "partladır" ki, "Mersedes"i keçsin. Keçir də! Heç demə, yolda "Mersedes"in "Jiquli"ni keçməsi sürücünün xoşuna gəlməyib. Heç dəxli var?!
Mağazaya gedib bir mal almaq istəyirsən, açdırırsan ki, baxasan, xoşuna gəlmir, almırsan, üstünə qışqırırlar: "Almırdın, niyə açdırırdın?". Gəl, döz də!
Bizdə xidmət mədəniyyəti deyilən şeyi ömrümdə görmədim. Ticarətçilər 50 ölçüdə paltar geyən adama 42 ölçüdə paltar gətirirlər ki, "geyin, bax". Bir dəfə mağazada uşağa 38 ölçü ayaqqabı almaq istəyirdim. Satıcı bir ayaqqabı gətirdi, uşaq nə qədər çalışdısa, geyə bilmədi. Bir də baxdım ki, ayaqqabı 35 ölçüdədir. Dedim a kişi, bu nədir? Nə vaxtdan 35 ölçü 38-ə gedir? Nə cavab versə yaxşıdır: "Olanımız budur". Adam dəli olar, yoxsa yox?
Xidmət müəssisələrində aləm qarışıb bir-birinə. Hamı çox qazanmaq üçün müştəriləri aldatmaqla məşğuldur. İstəyirlər tezliklə ev alsınlar, villa tikdirsinlər, maşın sahibi olsunlar.
Kim Bakıda bir mədəni yer göstərə bilər ki, ailənlə gedib orada dincələ biləsən?
Mağazalarda bığıburma kişilər qadınlara alt paltarları təklif edirlər. Adam onların əvəzinə xəcalət çəkir! Hələ gülsatan kişiləri demirəm...
Bütün bunlar əsəbilik yaratmırmı?
A kişilər, görün nə günə qalmışıq ki, Bakının mağazalarında aldığın şeyləri əməlli-başlı bir paketə qoymurlar, deyirlər, paket pulla satılır. Guya onlar bizə malları öz qiymətinə satırlar, üstəlik paket pulu da istəyirlər! Satıcılar malı elə nazik paketdə verirlər ki, mağazadan çıxar-çıxmaz paket cırılır, mallar dağılır yerə. İndi təzə kostyumda, qalstukda əyil, yığ mallarını yerdən! Mağazanın qarşısında son moda "Mersedes"ləri dayanan müdir də, satıcılar da utanmadan bir kənardan tamaşa edirlər. Adamda can qalar? İstəyirsən deyəsən, ay, ....., alıcılara bu qədər hörmətsizlik edərlər?
Küçələr zibilliklə doludur. Bəzən aylarla zibil daşınmır...
Televizoru açırsan, bir yaltağı görürsən, tez düyməni basıb başqa kanallara keçməkdən başqa əlacın qalmır. Bəzi "kişilər"in yaltaqlıqlarını hər gün görürük. Qadınlar niyə yaltaqlanırlar, bunu başa düşmək olmur. "Bir balamı qurban vermişəm, o birini də verməyə hazıram". Bunu oğul anası söyləyir! Adamdan soruşarlar, ay arvad, sən gündə bir bala doğursan ki, qurban verəsən? Ayıb deyil? Yaxud görürsən, adını siyasətçi qoyan biri televizorda danışır, nə savad var, nə ağıl, nə məntiq! Qan təzyiqin qalxmasın, görüm necə qalxmır?
Dəniz sahilinə gəzintiyə çıxırsan, görürsən azərbaycanlı "fransızlar" heç kimdən - qocadan, qadından, uşaqdan utanmadan, çəkinmədən hamının gözü qarşısında sarılıblar bir-birinə. Elə bil, dünyanın axırıdır! Yan-yörəndən cavan oğlanlar, kişilər keçir, olmazın söyüşlərlə, təhqiramız ifadələrlə danışıqlarını eşidirsən, adamın ürəyi bulanır! Gəzintiyə çıxdığına peşman olursan, qayıdırsan evə.
Belə adamlardan qaçmayasan, nə edəsən?
Teatrda tamaşaya baxırsan, görürsən bir neçə adam yüksəkdən danışır, yaxud şaqqaşaq fındıq sındırıb yeyir. Adamda əsəb qalar? Bir də teatra getmək istəmirsən, düşünürsən, evdə otursan ondan yaxşıdır.
Küçədə-bacada adamlar bir-biri ilə sərt, kobud danışırlar. Adam birindən nəyi isə soruşmağa ehtiyat edir. Belə adamlardan qaçmaqdan başqa əlac qalmır.
Kim Azərbaycandakı 50-yə yaxın partiyanın adını saya bilər? Balaca bir ölkəyə bu qədər partiya lazımdırmı? Hərə bir tərəfə çəkir, buna birlik deyirsiniz? Bunu demokratiya adlandırırsınız? Eyni partiyanın üzvləri heç bir-birini tanımırlar. Tanıyanlar da o qədər biganə olurlar ki, birinin başına iş gələndə, o birilər deyir ki, "lap yaxşı oldu, gərək ondan da pis günə düşəydi!" Çünki müxtəlif yollarla bir-birindən qabağa keçmək, o biriləri kölgədə qoymaq bir sıra partiya üzvlərinin şakəridir. Hamı vəzifə uğrunda "qiyamət qoparır". Bəs, vəzifəsi olmayan vətəndaşlarımız nə etsinlər?
İnsanı əsəbiləşdirən o qədər eybəcərliklər var ki, yazmaqla qurtaran deyil. Şəhərdə evlərin qarşısında səhər tezdən əlində pivə şüşəsi tutan "tinbaşı"ları görəndə adamın yadına "Bir cənub şəhərində" filmi düşür...
Söhbət edirlər ki, bir hörmətli şəxs qohumunu gətirir yazıçılardan birinin yanına ki, bu uşaq yazı-pozu ilə məşğul olur, onu da Birliyin üzvü edin. Qoy daha da ruhlansın. Yazıçı dostumuz görür ki, doğrudan da "uşaqda" istedad deyilən bir şey var, zəmanət verir, onu Birliyə üzv yazırlar. Düz bir həftədən sonra hörmətli qohum yazıçı dostumuza zəng vurur ki, görün, ona Xalq yazıçısı fəxri adı verdirə bilərsinizmi?! Yazıçı dostumuz gülərək dillənir: "Zarafat edirsiniz?" Hörmətli şəxs də cavab verir ki, "nə zarafat? Puluynan deyil?"
Bu söhbəti xatırlatmağımda məqsəd möhtərəm oxuculara aydındır. Amma yaxşı ki, hələ yazıçıların təsadüfi fəxri adlar aldıqlarını görməmişik. Lakin belə "təsadüflər" musiqi aləmində həddindən artıq çoxdur. Görün nə vəziyyət yaranıb ki, otuz-qırx ilin sənətkarına, böyük xidmətləri olan, xalqın hörmətini qazanan insana da "Xalq artisti" fəxri adı verilir, səhnəyə, musiqiyə yeni gələn də bu adı alır. Bəli, birinə "verilir", biri "alır". Bütün sahələrə bunu şamil etmək olar. Qırx ilin tanınmış jurnalisti, yazıçısı, onlarla kitabın, pyeslərin, minlərlə qəzet məqalələrin müəllifləri "unudulur", dünən əlinə qələm alana orden, medallar, fəxri adlar verilir. Mən təqsiri ancaq siyahını yuxarıya təqdim edənlərdə görürəm. Siyahı tərtib edilərkən ədalətli və vicdanlı iş görülməlidir ki, belə söz-söhbətlər də olmasın. Haqsızlıq, ədalətsizlik insanları psikdirir, ürəkləri sındırır, qabiliyyətli, istedadlı adamlar bu cəmiyyətdə qiymətləndirilmədiklərini görüb, başqa cəmiyyətə yaşamağa üz tuturlar... Bu barədə kifayət qədər fikir söyləndiyindən, əhatəli yazmağı lazım bilmirəm.
Yaşamaq üçün o bunu aldadır, bu onu. O buna kələk gəlir, bu ona. Yəni oyunbazlıq edirlər. Belələrindən qaçmayasan nə edəsən?
Eləsi var, ailəsinə bir qəpik qıymır, arvadı, uşaqları cır-cındır içində gəzir, amma toylarda camaatın başına pul səpir, özünü göstərir. Belələrini görəndə adamda əsəb qalar?
Toylar demişkən, muğamatın şirin yerində biri gəlib musiqiçilərin qabağına bir göy "yüzlük" atır ki, "alə, bir "Tormoz Hüseyn" çal, oynamaq istəyirəm"... Çalğıçılar istəyirlər "Hopstop" çalırlar, istəyirlər "Çal, oynasın Əjdər əmi!" Bu toylar ki var, başqa bir yazının mövzusudur...
Sifətsiz, simasız adamları görəndə əsəbiləşməmək mümkün deyil!
Dəstəbazlıq, dostbazlıq, qrupbazlıq, partiyabazlıq, yerlibazlıq, yekəbaşlıq artıq adamları boğaza yığıb!
Görmürsünüz, kişilərimizin çoxu, ayıb da olsa, öz arvad-uşaqlarını şəxsən, həm də təntənəli surətdə başqa ölkələrə alver dalınca, qazanc dalınca göndərir?
Hərdən mənəvi tərbiyədən-zaddan danışırıq. Arif Ələkbəroğlu adlı biri var, Rusiyaya alverə gedib, bir rus qızı alıb, adını da dəyişib eləyib Alik Aleksandroviç. Özü də gedib kilsəyə, xaç suyuna çəkilib, olub xristian millətlərinin nümayəndəsi. Bunun başına kül olsun, bu da demokratiyadan danışır!
Yekə-yekə arvadlar ("zərif xanımlar" da yaza bilərdim) səhnəyə çıxan kimi oxumaqdan əvvəl başlayırlar qol açıb oynamağa. Elə bil, toyxanadadırlar.
...Bir gün tanınmış bir adamla görüşdüm. Çatışmazlıqlardan, nöqsanlardan, eybəcərliklərdən söz açdım. Bəzi şeylərə dözməyin mümkün olmadığını söylədim. O mənə nə desə yaxşıdır? "Qardaşoğlu, indiyədək dözüb yaşamısan, indidən sonra da döz, yaşa".
Nə edək? Gərək dözək də...
Xeyrəddin QOCA
DİGƏR XƏBƏRLƏR
Tarix: 30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
Tarix: 29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
Tarix: 28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
Tarix: 28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
Tarix: 28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
Tarix: 27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
Tarix: 27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
Tarix: 27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub -
işin içində azərbaycanlılar da var…
Tarix: 26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi
Tarix: 24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə -
gənclər Vuçiçi devirməyə qərarlıdır
Tarix: 22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi
Tarix: 20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı -
həm də insan haqları mövzusunda…
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...
Tarix: 29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
SON XƏBƏRLƏR
31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı
- tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…
31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…
31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı
- ABŞ üçün oyunun sonu olacaq…
31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…
31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı
– bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…
31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı
– təzminat tələbini isə rədd etdi…
31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir
- prezidentlə qarşı prokurorluğa çağırış edildi…
31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…
31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı
31.10.2026 / 14:58
Polşada gərginlik artır
– Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...
31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi
– avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…
31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur"
- Əhliman Əmiraslanov
31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…
31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır
- YENİ QİYMƏTLƏR...
31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi
31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu
31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı
- Başqa yol yoxdur...
31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi
– Prezident-hökumət qarşıdurması pik həddə çatdı…
31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...
31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı
31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq
31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...
31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı
30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…
30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...
30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...
30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...
30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...
30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...
30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...
30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə
- Azərbaycan Zirvələr ölkəsinə çevrilir...
30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil
- Forumda klassik düstur açıldı...
30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
- FOTO
30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı...
İran narahatdır...
30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi
- YENİLƏNDİ
30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi
– bir gündə üç zavod vuruldu…
30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var
- Rusiya TŞ-dən iddia...
30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...
30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır -
Aşqabad indi hərəkətə keçir...
30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib
- FOTO
30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib
30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub
30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...
30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır
30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi -
növbədəki kim?..
30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi
30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib
30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb -
101 deputat isə onlara nifrət edir...
30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...
30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq?
- AÇIQLANDI...
30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi...
Necə???
30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...
30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı
– DETALLAR…
30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib"
- Hikmət Hacıyev
30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi
30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu
- niyə bu işlərə ləkə salırsınız?
30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi
30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...
30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı
– iki şəhərdə iğtişaşlar başladı…
30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...
30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq
- "Babəli Türkiyədə saxta pul alverinə girişib"
30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır"
- Əli Əsədov
30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…
30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi
- oradan dərhal uzaqlaşın...
30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...
30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı
– iki Su-34 qırıcısı məhv edildi…
30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi -
İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…
30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub
30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…
30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı
- üç namizəd var...
30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə
- keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...
30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü
30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi...
1918-ci iin payız aylarında...
29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)
29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib
- FOTO
29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib
29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb
- FOTO
29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü
29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...
29.10.2026 / 21:10
“Mən burdayam, ata...”
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
Tarix: 02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
XƏBƏR ARXİVİ