İrəvanın Erebuni rayonunda bir neçə gündür davam edən gərginlik artıq nəzarətdən çıvmaq həddinə gəlib.
Baki-xeber.com-un yerli mətbuata istinadən xəbərinə görə, bu gün polislə aksiyaçılar arasında bir neçə dəfə toqquşma olub. Polisin qarşı tərəfə atəş açdığı da gələn xəbərlər sırasındadır. NEWS.am saytı xəbər verir ki, polis bir neçə qatar düzülərək yük maşınları ilə əraziyə gedən yolu kəsib. Aksiyaçılar isə ərazidə xoşagəlməz olayların yaşandığından şübhələnir. Onların sözlərinə görə, az öncə iki təcili yardım maşını polis halqasını yararaq sirenalarla ərazidən çıxıb və xəstəxana istiqamətində yol alıb. Aktivistlərdən biri səsgücləndirici ilə polisləri 3 gündür girov saxlayanlardan biri Varujan Avetisyanla əlaqə saxladığını, onun heç bir hücuma məruz qalmadıqlarını bildirdiyini deyib. Hazırda etirazçılarla danışıqlar davam edir.
Xatırladaq ki, iyulun 17-də bir qrup silahlı şəxs hücum edərək Erebuni pilis idarəsinin Post-Patrul xidmətinin binasını ələ keçirib, personalı isə girov götürüb. Atışma nəticəsində həmin alayın komandir müavini ölüb, 4 nəfər isə yaralanıb.
Onu da qeyd edək ki, respublikanın hüquq-mühafizə orqanlarının yüksək vəzifəli rəsmisi, qiyamçılar kompromisə getməzsə, onlara atəş açılacağını istisna etməmişdi.