Türkiyədə hərbi çevrilişə cəhd zamanı hadisələrlə bağlı süjet hazırlamaqdan ötrü İstanbula göndərilən və hadisələr əsnasında orada saxlanan REN TV-nin əməkdaşı Valentin Truşnin bu gün ölkəsinə qaytarılır.
Baki-xeber.com-un EAdaily-ə istinadən xəbərinə görə, Truşnin məlum gündən etibarən İstanbul hava limanının tranzit zonasında saxlanır. Yerli hakimiyyət orqanlarının məlumatına görə, onun adı ölkənin "arzuolunmaz şəxslər” siyahısında yer alır. Xəbərdə bildirilir ki, Truşnin Türkiyəyə redaksiya tərəfindənhadisələrlə bağlı süjet hazırlamaqdan ötrü göndərilib. Lakin onu ölkəyə buraxmayaraq geri qaytarıblar. Bir neçə dəqiqə sonra isə o saxlanıb. Redaksiyaya SMS göndərməyə imkan tapan müxbir bildirib ki, onun üzəri axtarılıb və sənədləri əlindən alınıb. Müxbirlə 10 saat müddətində heç bir əlaqə yaratmaq mümkün olmayıb.