şənbə günü, 31 oktyabr 2026
     

"Qarğa-quzğun"lar

Image


...Qarğaları da görmüsünüz, quzğunları da. Quzğunlara "qartallar" da deyirlər. "Qartal" sözünü həmişə fəxrlə səsləndirmişik. Axı qartallar zirvələr fəth edir, qürur rəmzi sayılırlar. Lakin elə ki, onlar bir canlının üstünə hücum çəkir, onu didib-parçalayırlar, onda olurlar quzğun! Yəni vəhşi!
Qarğaların işi qarıldamaqdır. Qarıldaya-qarıldaya da qocalırlar, istidə, soyuqda, odda, suda, qarda, şaxtada, tufanda ölüb gedirlər bu dünyadan. Bəzi insanlar da belədir. Onun-bunun arxasınca "qarıldaya-qarıldaya" qocalırlar, qarğalardan betər izsiz-filansız tərk edirlər bu dünyanı! Belələri haqqında deyirlər "onun-bunun arxasınca çox qarğalıq edirdi, eyiblərini torpaq örtdü..."
Quzğunlar murdar leşləri parçaladıqlarından, həmişə dimdikləri qanlı olur. Bəzi insanlar da onlar kimidir, birinə pislik etməsələr, onun "leşini" görməsələr, sakit olmurlar, gecə-gündüz, hər an onu "didməkdən" ləzzət alırlar. Qaniçən vampirlər kimi! Hərdən elə belə də deyirlər: "İmkanım olsa, filankəsin qanını içərdim!" Amma bu vəhşilər rəqiblərinin qanını birdəfəlik "içmək" imkanı əldə edə bilmədiklərindən, yavaş-yavaş "sorurlar". Belə-belə gözləri götürmədikləri insanları məhv edirlər, ya da yarımcan vəziyyətə salırlar. Bir sözlə, yaşamağı ona haram edirlər!
Əgər bu "qarğa-quzğunlar"dan soruşsalar, "filankəs sizə nə edib ki, onu məhv etməyə çalışırsınız?" Cavab verərlər ki, "onun nə etməsi əsas deyil, əsas bizim onu məhv etmək məqsədimizi həyata keçirməyimizdir".
Bir tanışım mənə zəng vurub deyir ki, illərlə işsiz qalandan, ailə-uşaq olmazın əziyyətlərə düçar olandan, ürək xəstəliyi tapandan (yarımcan olandan...) sonra bir işə girmişəm, amma yenə məndən əl çəkmirlər! "Nə istəyirlər?"- deyə soruşuram. Deyir ki, "Heç nə! İstəyirlər məni ləkələsinlər, məhv etsinlər, ailə-uşaqlarım da acından ölsün!"
Görürsünüzmü, qarğa-quzğun xislətidir! Mən bilirəm ki, ona yeni zərbələr vurandan sonra da bu vəhşilər sakit olmayacaqlar, hələ uzun müddət onu "didişdirəcəklər"! Çünki indiyədək çox görmüşük, neçəsini belə vəziyyətə salandan sonra "didişdiriblər", illər keçəndən sonra isə "didişdirdiklərini" "gözlərinin üstünə" qoyublar. Necə deyərlər, çoxunun ölümünə fərman verib, sonra da qəbrinin üstündə göz yaşı töküblər.
Hara gedirsən, "qarğa-quzğanlar"ı topa-topa görürsən. İyrənc sifətlərini bir-birinin qulağına dayayıb, pıçhapıçdadırlar! Bir yerə yığıldılarmı, deməli, kiminsə evini yıxmaq istəyirlər, kiminsə taleyinə xətt çəkirlər! Allah, Allah, bu insan qanına susayan vəhşilərdən necə can qurtaraq, necə yaşayaq?!
Nəbadə, işlədiyin idarənin, təşkilatın, müəssisənin rəhbəri səni tərifləyə, haqqında bir-iki xoş söz deyə! Bu o deməkdir ki, sən batdın! Ətrafdakılar başlayacaqlar səni gözdən salmağa, müdirə, rəisə haqqında elə sözlər söyləyəcəklər ki, eşitsən, matın-qutun quruyar... Yaxud, vəzifəni böyütdülərmi, qara günlərin başlayacaq. Vəzifədən çıxarılana qədər səni saqqız kimi çeynəyəcəklər! Saqqızı partladan kimi partladacaqlar! Birdən təltif-filan olunarsan! Deyəcəklər ki, "niyə məni yox, onu təltif ediblər?!"
Cavan vaxtlarımda tanınmış bir insan haqqında qəzetə yazı hazırlamaq istəyirdim. Dedi, "qardaş, mənim haqqımda yazma..." Soruşdum, "niyə?" Dedi ki, "qoymayacaqlar məni işləməyə! Ya düşünəcəklər özüm yazdırtmışam, ya da bədxahlarım töküləcəklər üstümə!" Dedim, "əşi, belə şey olmaz", yazdım. Yazığın başına nələr gətirdilər! Yaxşı qurtardı, tutmadılar!.. Sonralar belə hadisələri çox gördüm.
Bir məşhur adam səhv etdimi, ya ağzından kiminsə xoşuna gəlməyən bir söz qaçırdımı, qurtardı! İclas çağırıb, işdən çıxarılmaq məsələsini qoyan kimi hamı onu məhv etmək üçün çıxış növbəsinə yazılır. Çıxış edənlər sanki bir-birilə əvvəlcədən danışıblar, onu "yıxıb-sürüyürlər", hərdənbir də belə bir ifadə işlədirlər: "Axı o kimdir?!" Onları dinləyəndə 37-ci il yada düşür, adamın canına üşütmə düşür. Çıxışçılar, hətta iclasa toplaşanlara da hədə-qorxu gələrək deyirlər ki, "kim onun kimi hərəkət etsə, onun da taleyi belə olacaq!" Müdirə, rəisə yarınmaq o həddə çatır ki, səhv edən həmin məşhur adam haqqında elə sözlər söyləyirlər ki, o, "xalq düşməni" olur. Onun sonrakı taleyi barədə heç kim düşünmür. Ömrü boyu çəkdiyi zəhməti bir anda yerə vurulur. Ailəsi-uşağı haqqında düşünən olmur! Belədə insanlar ruhdan düşür, qəlblərində qurduqları xoş xəyallar darmadağın olur, yaşamaq çətinləşir...
Bir dəstə "qarğa-quzğun"un isə "xüsusi vəzifəsi" olur. Biri vəzifəyə getdimi, arxasınca dedi-qoduya başlayırlar. "Biz qala-qala ona niyə vəzifə veriblər?" "Bu haradan gəlib çıxdı?" "O nə qanır vəzifə nədir?" Bir nəticə hasil olmadığını görəndə, başlayırlar ki, "rüşvət alır", "gündə filan qədər qazanır", "ona-buna iş düzəltməklə məşğuldur", "bizim adam deyil" və s. və i.a. İşdən çıxanda üstünə böhtan atmağı da unutmurlar ki, haqqında ictimai rəy yaratsınlar. Danışmağa dili olmasın. Sonradan "başağrısı" verməsin.
"Qarğa-quzğun"lar təkbaşına gəzməyə də çıxmırlar. Ən azı, iki-üç nəfər olurlar. Niyə? Çünki o qədər iyrənc işlərlə, onu-bunu satmaqla, ona-buna badalaq vurmaqla... məşğul olurlar ki, tək-tənha gəzməyə, adam içərisinə çıxmağa qorxurlar. Hətta bəziləri özlərinə qoruma da götürürlər. Xalq arasında belə bir məsəl var ey, deyirlər, "dərisi bir qəpiyə dəymir..."
Onlar niyə qeyri-insani işlərlə məşğul olurlar? Əvvəla ona görə ki, dırnaq arasına aldığımız "qarğa-quzğun"lar sadəcə olaraq insan deyillər, insan şəklində əcaib məxluqlardır! Havayı yerə onlara "qarğa-quzğun" demirik ki! İkincisi, "qarğa-quzğun"lar bir işlə məşğul olmalıdırlar, yoxsa yox? Üçüncüsü, hər yerdə mikroblar olduğu kimi, insan cəmiyyətindəki saysız-hesabsız mikroblardır "qarğa-quzğun"lar! Mikroblar da, bilirsiniz, qaranlıqda, xəlvətdə, işıq olmayan yerlərdə inkişaf edir, ayaqqabılarımızın altına yapışırlar! Ona görə də, bir işıq görən kimi gözləri qamaşır, işığın qarşısını almaq üçün "əl-ələ verib" mikrob "divarı" yaradırlar. İnsanlar isə bu mikrobları tamamilə yox etmək istəyirlər. Lakin bü mümkün olmur, çünki mikroblar çoxdur, nə qədər işıqlı insanlar var, onlar da olacaq!
Hamının min-bir dərdi, problemi olur. Hər dəqiqənin, hər günün qayğıları var. "Qarğa-quzğun"lar da bir tərəfdən əl-ayağa dolaşırlar. Ömrümüzü-günümüzü göy əskiyə bükürlər. Şərait olmasa, mikroblar inkişaf edə bilmədikləri kimi, "qarğa-quzğun"lar da çoxala bilməzlər. Bax, bu şəraiti onların əlindən almaq lazımdır!
..."KQB"nin, yəni Dövlət Təhlükəsizliyi Komitəsinin "tutub-basan" vaxtı idi. Qəlbi, ürəyi türkçülüyə bağlı böyük bir alimimiz vardı, həmin "KQB"nin nəzarəti altına düşmüşdü. Onu addım-addım izləyirdilər. Bir gün qonaqlıqda alimi izləyənlərdən biri onun türkçülük haqqında düşüncələrinin qalıb-qalmadığını yoxlamaq üçün soruşur:
- Hörmətli professor, türklər "eşşək" əvəzinə "eşək" deyirlər. Siz bilən, bu söz iki "ş" ilə yazılmalıdır, yoxsa bir "ş" ilə?
Alim məsələnin nə yerdə olduğunu hiss edib dillənir:
- Bilirsən nə var? Ətrafımızda, yan-yörəmizdə elə eşşəklər var ki, onlar haqqında danışanda gərək dörd "ş" - hərfi işlədəsən: Eşşşşək! Başa düşdün?
Bu söz "qarğa-quzğun"lara daha çox yaraşır! "Qarğa"ların "qanadını yolmaq", "quzğun"ların "dimdiyini sındırmaq" mümkün olmasa, bu eybəcər nəsillərin kökünü kəsmək çətinləşəcək...
"Qarğa-quzğun"lara yerlərini göstərməsək, onlar hələ çox "meydan sulayacaqlar!"
Bir gün it əllərini göyə qaldırıb deyir:
- Ay Allah, məni yaratmışdın, bəs bu uzunqulağı niyə yaratdın, hə?
Qeybdən bir səs gəlir:
- Sən belə işlərə qarışma, küçük! İtin-it yeri var, uzunqulağın da uzunqulaq! Bildin?!
Heç fikir vermisinizmi, hansı müavindən soruşursan, "müdirin necə adamdır", deyir "yaramazın, axmağın biridir". Müdiri hörmətdən sala-sala, vəzifədən də salıb, yerinə keçmək istəyir bədbəxt! Adama deyərlər, bala, hərənin öz yeri var, də...
"Qarğa-quzğun"ların başqa sifətləri də olur. Vəzifədən çıxarılan birinin dalınca o ki var danışırlar, yazırlar, qeybət edirlər, iftira, böhtan atırlar, elə ki həmin adamı yenidən vəzifəyə təyin etdilər, yüz səksən faiz dönürlər. Əl çalırlar, tərifləyirlər, təqdir edirlər, yaltaqlanırlar...
"Qarğa-quzğun"lar çox vaxt bir-biri ilə üz-üzə gəlir, necə deyərlər, bir-birini "qırır" və xəlvətdə etdikləri iyrənc hərəkətləri açıq şəkildə bir-birinin üzünə çırpırlar. Bax, onda "qarğa-quzğun"ların əsl siması açılır! Onların bir-biri ilə vuruşması həmişə "maraqlı" tamaşaya çevrilir. Başqalarını bədnam etmək istəyənlər özləri bədnam olurlar. Nə gözəl! Hamının gözlədiyi "səhnə" alınır! Qüdrətli dramaturq lazımdır onların düşdüyü vəziyyəti qələmə alsın!
Bəs, "qarğa-quzğun"lar nə düşünürlər? Elə bilirlər, ömürləri boyu onu-bunu məhv etməyə çalışacaqlar, onlara dəyib-toxunan olmayacaq?
Sözün qısası, "qarğa-quzğun"lara bir məsləhətimiz var: Adam kimi yaşamağı öyrənin! Yoxsa belə yaşamağı sizə öyrədən tapılar!...
Xeyrəddin QOCA





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ