Britaniyanın bu günlərdə vəzifəsinə başlamış xarici işlər naziri Boris Conson beynəlxalq birliyi Bəşər Əsədi prezidentlikdən kənarlaşdırmağa çağırıb.
Baki-xeber.com-un Reuters-ə istinadən xəbərinə görə, Conson deyib ki, Əsəd kürsüdə oturduqca Suriya probleminin çözüm şansı sıfıra bərabərdir. Britaniya XİN başçısı bu mövzuda danışıqlara başlamaq üçün artıq Londonda Almaniya, Fransa və İtaliyadan olan həmkarları ilə görüşüb. Görüşdə məqsəd həm də Suriya gərginliyinin Avropaya gətirdiyi miqrant probleminin həllinə nail olmaqdır.