WikiLeaks saytının Türkiyədə baş tutmayan çevrilişin ardından bu ölkə ilə bağlı 100 min sənəd açıqlayacağı barədə anonsu ona baha başa gəlib.
Baki-xeber.com-un REN TV-yə istinadən xəbərinə görə, sayt bu gecə haker hücumuna məruz qalıb. Bu barədə portal əməkdaşı özünün tvitter səhifəsində məlumat yerləşdirib. "Saytımız davamlı hücumlara məruz qaldı”- deyə o, özünün tvitter hesabında yazıb.
Xatırladaq ki, dünən WikiLeaks Türkiyədə baş verənlərlə ilgili 100 min məxfi sənəd açıqlayacağını anons etmişdi. Xəbərdə elə haker hücumunun da Türkiyə ərazisindən edildiyi bildirilir.