Anadolu Agentliyi keçmiş Türkiyə HHQ baş komandanı Akın Öztürkün hərbi çevrilişdə iştirakını etiraf etməsilə bağlı xəbəri saytdan qaldırıb.
Baki-xeber.com-un ria.ru saytına istinadən xəbərinə görə, bunun əvəzində agentlik Öztürkün çevriliş planı və onun kimlər tərəfindən icra olunduğu barədə hər hansı məlumata malik olmadığını deyib. Generalın ifadəsinə görə, həmin gün o, qiyamçıların qərargahı olan Akıncı aviabazasına təsadüfən gəlib. Olaylardan isə televiziya vasitəsilə xəbər tutub.