Ermənistanda "Təsis parlamenti” müxalifət hərəkatının tərəfdarlarının kütləvi həbsinə başlanıb.
Bu barədə baki-xeber.com lenta.ru-ya istinadən xəbər verir. Xəbərdə bildirilir ki, sözügedən hərəkatın həbsdə olan lideri Jirayr Sefilyanın azadlığa buraxılması tələbilə bu gün onlardan bir qrupu İrəvanın Erebuni rayonunda polis idarəsini ələ küçirərək oradakı personalı əsir alıb. Qarşıdurma zamanı 1 polis ölüb, 2 nəfəri isə yaralanıb. "İnterfax” agentliyi hər iki təfəfdən yaralıların olduğunu bildirib. O da bildirilir ki, ölkənin polis sisteminin yüksək çinli məmurları kompromisə təşəbbüs etsələr də, danışıqlar nəticəsiz qalıb.
Gərginlik davam edir.