Xmelnitsk AES-in birinci enerji blokunda qəza baş verib.
Baki-xeber.com-un kommersant.ru-ya istinadən xəbərinə görə, bu barədə bu ölkənin Energetika nazirliyinin mətbuat xidməti xəbər yayıb. Xəbərdə bildirilir ki, birinci enerji blokunun buxar generatorunda baş verən sızma ilə əlaqədar Xmelnitsk AES iyulun 24-nə kimi enerji şəbəkəsindən ayrılıb, lakin ikinci enerji bloku normal rejimdə işləyir.
Xəbərdə o da bildirilir ki, sənaye şəhərciyində və ona yaxın ərazilərdə radiasiya fonunda dəyişiklik müşahidə edilməyib.