İrəbanın Erebini rayon polis idarəsini ələ keçirən silahlı qrup təslim olmaq istəmir.
Baki-xeber.com "İnterfax”a istinadən xəbər verir ki, polislə silahlı qrupun qarşıdurması zamanı 1 polis ölüb, 2 nəfəri isə yaralanıb. Hazırda binada olan personal silahlılar tərəfindən girov qismində saxlanır. Polis girovlardan yalnız 2 nəfəri xilas edə bilib. Girov qarşılığında silahlı qrup müxalifət lideri Jirayr Səfilyanın azadlığa buraxılmasını tələb edirlər.
Xəbərlərdə o da bildirilir ki, silahlılarla razılaşmaya yüksək vəzifəli məmurların getməsinə rəğmən, danışıqlar, hələ ki, bir nəticə verməyib.