İrəvanın Erebuni rayonunda silahlı qrup polis idarəsini ələ keçirib.
Baki-xeber.com-un ria.ru-ya istinadən xəbərinə görə, silahlılar "Yeni Ermənistan” radikal müxalifət təşkilatının lideri Jirayr Sefilyanın azad olunmasını tələb edir.
Bina önünə hərbçilər gətirilib. İrəvan polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan bildirib ki, bir azdan polis rəsmi açıqlama verəcək.