Uğursuz çevrilişin ardından 8 üsyançının Yunanıstan ərazisinə endirdiyi helikopter Türkiyəyə qaytarılıb. Baki-xeber.com bu barədə Anadolu Agentliyinə istinadən xəbər verir.
Bu gün saat 12 radələrində onların hazırda olduqları Dədəağacda dindirilmək üçün prokurorluğa götürüləcəyi xəbər verilir.
Xatırladaq ki, ikisi mayor, biri kapitan, beşi isə əsgər olmaqla 8 qiyamçı Yunanıstandan sığınacaq istəmişdi. Yunanıstanın Baş naziri Aleksis Tsipras Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığı zamanı bildirmişdi ki, qiyamçıların Türkiyəyə təhvil verilməsi üçün nə lazımdırsa ediləcək.