Türkiyədə baş verən hadisələr xalqın seçdiyi hökumətə qarşı edilən çevriliş cəhdidir. Baki-xeber.com xəbər verir ki, bu barədə Türkiyənin Bakıdakı səfirliyinin yaydığı bəyanatda bildirilir.
Məlumatda qeyd olunur ki , Türkiyə birlik və bərabərlik nümayiş etdirərək buna qarşı çıxmışdır. Prezidentimiz və hökumətimiz öz vəzifələrini icra etməkdədir.
”Bu Türk Silahlı Qüvvələrinin hamısının iştirak etdiyi hadisə deyil. Türk Silahlı Qüvvələrinin daxilindəki bir qrupun işidir və buna xalqımız tərəfindən cavab verilmişdir” –deyə açıqlamada deyilir.
Qeyd edək ki, dünən gecə Türkiyədə hərbi çevrilişə cəhd edilib.