şənbə günü, 31 oktyabr 2026
     

Mətbuat Şurası Tərtər İcra Hakimiyyəti ilə birgə milli mətbuatın 141 illiyi ilə bağlı konfrans keçirdi

Image


Dünən Tərtər rayonunda Azərbaycan milli mətbuatının 141 illiyinə həsr olunmuş konfrans keçirilib. Azərbaycan Mətbuat Şurasının Tərtər Rayon İcra Hakimiyyəti ilə birgə düzənlədiyi konfransın iştirakçıları öncə ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər.
Tədbiri giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq rəhbərlik etdiyi rayonda həyata keçirilən quruculuq işlərindən söz açıb. Tərtərin ölkəmizin ictimai fikir tarixində oynadığı rolu önə çəkən icra başçısı onu da bildirib ki, cəbhəyanı bölgə olan rayon mühüm strateji məntəqədir. Burada baş verən proseslərin ölkə ictimaiyyətinə doğru-dürüst çatdırılması son dərəcə mühüm əhəmiyyət daşımaqdadır. Belə obyektiv rəyin formalaşması isə əsası Həsən bəy Zərdabinin "Əkinçi" qəzeti ilə qoyulmuş milli mətbuatımızın ənənələrinə sadiqliklə mümkündür. Çünki Həsən bəy jurnalistlik fəaliyyəti göstərməklə yanaşı, həm də böyük vətənpərvər ziyalı idi. Bu gün onun varisləri olan jurnalistlər də vətənpərvərlik dəst-xəttini qoruyub yaşatmalıdır.
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, yaranışının 141 ilini geridə qoyan mətbuatımız ötən müddətdə şərəfli tarixi yol keçib. "Əkinçi" qəzetinin fəaliyyətə başlaması o dövr Azərbaycanının həyatında olduqca mühüm hadisə idi. Nəşr ictimai fikrə təsir göstərməklə təkcə mətbu ənənələrin formalaşmasına təkan verməyib, ümumilikdə cəmiyyətə o vaxta qədər mövcud olmayan prinsiplər aşılayıb. "Əkinçi"də yazılan hər bir məqalə müəllifinin qismində sonradan fundamental fikrə çevrilib. Məhz onun təsiri nəticəsində XX əsrin əvvəllərində yeni xüsusi dəst-xəttə malik nəşrlər meydana çıxıb. Həmin nəşrlər "Əkinçi"nin daha çox məişətlə bağlı fikirlərinə ictimai-siyasi məzmun gətirirdi. Yekun nəticə olaraq mətbuat Azərbaycanın XX əsrdə qazandığı ilk dövlət müstəqilliyinin katalizatoruna çevrildi. Cumhuriyyət dövründə 1875-ci ilin 22 iyulundan başlanan yol yeni inkişaf mərhələsinə qədəm qoydu ki, bu isə Rusiya imperiyası daxilindəki eybəcərliklərə adekvat yanaşma baxımından əhəmiyyətli idi", - deyən Ə.Amaşov sovet dövrü Azərbaycan mətbuatının da bütün məhrumiyyətlərə baxmayaraq, Həsən bəy Zərdabi ənənələrinə sadiqlik nümayiş etdirdiyini vurğulayıb. O, ənənələrə sadiqlik ruhunun XX əsrdə ikinci dəfə qovuşduğumuz dövlət müstəqilliyinin əldə edilməsində misilsiz payının olduğunu diqqətə çatdırıb.
MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu 141 illiyini qeyd edən milli mətbuatımızın xalqın milli şüur və düşüncəsinin oyanışındakı xidmətlərindən söz açıb. O bildirib ki, Həsən bəy Zərdabi dövrünün böyük azərbaycanlısı olub. "Əkinçi"ni min bir əziyyətlər bahasına ərsəyə gətirib. Həsən bəyin əməyi xalqı üçün görünməmiş fədakarlıqdır, əsl vətənpərvərlik nümunəsidir. Bu nümunə hər zaman aktuallığını saxlamaqdadır. Çünki bir xalq olaraq biz o zaman da, indi də ayrıseçkiliklə üz-üzəyik. Belə durumlarda hər bir jurnalist peşəkarlığını vətənpərvərliklə çulğalaşdırmalıdır", - deyən U.Rəhimoğlu çıxışında, həmçinin, medianın Dağlıq Qarabağ həqiqətlərinin təbliğindəki missiyasının da Həsən bəy Zərdabi dünyagörüşündəki vətənpərvərliyə sadiqlik üzərində köklənməsinin vacibliyini əsaslandırıb.
MŞ İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycanda media sahəsində aparılan dövlət siyasətində vətənpərvərliyin mühüm yer tutduğunu vurğulayıb. Hazırda medianın Prezident İlham Əliyev tərəfindən diqqət və qayğı ilə əhatə olunduğunu diqqətə çatdıran V.Rəhimzadə görülən işlərin konkret qanunvericilik bazası ilə tənzimləndiyini bildirib. Bu baxımdan "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nın qəbulunu və sənədə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasını vacib məqam kimi önə çəkib.
MŞ İdarə Heyətinin üzvü, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid çıxışında müasir dövrdə Azərbaycan mediasının inkişaf xüsusiyyətlərindən söz açıb. Bununla əlaqədar müxtəlif məsələlərə toxunan baş redaktor başlıca uğur kimi medianın ictimai münasibətlər sistemində etibar qazanmasını önə çəkib. O bildirib ki, Həsən bəy Zərdabi "Əkinçi"ni yaradarkən məhz belə bir missiyanın həyata keçməsini arzulayırdı. Çünki vətənpərvər ziyalı kimi hamıdan yaxşı anlayırdı ki, azad mətbuat olmadan xalqın tərəqqisi qeyri-mümkündür.
Tədbirdə çıxış edənlərdən "Yeni Tərtər" qəzetinin baş redaktoru Tofiq Yusif, "Qızıl qələm" mükafatı laureatı Svetlana Əzizova, Tərtər Rayon Ağsaqqallar Şurasının sədri Qədir Allahverdiyev mətbuatın hər zaman mühüm səfərbəredici missiya daşıdığını, katalizator rolunu oynadığını vacib məqam kimi vurğulayıblar. Onlar Azərbaycanda demokratik dövlət quruculuğu prosesinin dərinləşməsində, ədalət prinsiplərinin qorunmasında jurnalistikanın rolunu əsaslandırıblar. Konfransda bu baxımdan qarşıya çıxan problemlər, perspektiv vəzifələr ətrafında geniş fikir mübadiləsi aparılıb.
Müzakirələr gedişində belə qərara alınıb ki, medianın milli vətənpərvərlik mövzusunun işıqlandırılmasındakı aktivliyini artırmaq üçün Mətbuat Şurası və Tərtər Rayon İcra Hakimiyyəti jurnalistlər arasında müsabiqə elan etsin. Bununla bağlı yaxın günlərdə təşkilati və texniki işlərə başlanması razılaşdırılıb.





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ