İyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd olunan Türkiyədə ilk istefalar gerçəkləşib.
Baki-xeber.com vesti.ru-ya istinadən xəbər verir ki, 5 general bə 29 polkovnik tutduğu vəzifədən kənarlaşdırılıb. Hazırda Baş Qərargahın binası dövlətin nəzarətindədir. Üsyançıların kiçik bir qrupu hələ də müqaviməti davam etdirir. Müəyyən edilib ki, onların əlində yalnız ir neçə helikopter var, qırıcı və digər təyyarələr yoxdur.
Prezident Sarayı və Parlament binasına hücumların qarşısı tam alınıb. "Rossiya24” kanalının xəbərinə görə, üsyanın qarşısının alındığını söyləmək mümkündür.