İstanbulda Bosfor üzərindəki körpüdə qarşıdurmanın ardından üsyanda içtirak edən 50 əsgət Ərdoğan tərəfdarlarına təslim olub. Ümumiyyətlə isə 754 nəfər göz altına alınıb ki. onlardan yalnız 13 nəfər sıravi əsgərdir.
Baki-xeber.com xəbər verir ki, şəhərdəki Sabiha Gökçen hava limanı normal qaydada işləyir. Tədricən Atatürk hava limanı da normal iş rejiminə dönür. Xatırladaq ki, bu hava limanı işini səhər saat 06:00-da bərpa etməyə başlayıb.
Xəbərlərdə Ərdoğanın sakinlərə müraciət etdiyi, hökumət qüvvələri situasiyanı tam nəzarətə alana qədər küçələrdə qalmağa çağırdığı bildirilir.