Ankara səmasında F-16 qırıcısı üsyançıların helikopterini vurub. Hazırda şəhərdə atışma səsləri səngimir.
Buna baxmayaraq, ölkə başçısı Ərdoğanın çağırışının ardından əhali küçələrə axışmağa başlayıb.
Lakin bu arada Rusiyanın "Komsomolskaya pravda” nəşri Ərdoğanın ölkəni tərk etdiyinə dair xəbər yayıb. Xəbərdə bildirilir ki, öncə Almaniyaya üz tutan Türkiyə Cumhurbaşqanının təyyarəsinin bu ölkə tərəfindən qəbul edilməməsinin ardından təyyarə Böyük Britaniyaya doğru istiqamət götürüb.
Belə bir zamanda isə Fox telekanalı Böyük Millət Məclisi binasının havadan bombalandığı barədə canlı süjet yayıb. Videogörüntülərdə, qaranlıq olmasına baxmayaraq, toz-dumanın ətrafı bürüdüyü aydın görünür, eyni zamanda atıçma sısləri eşidilir.