Dünya birliyi bu gün Türkiyədə baş verənləri şiddətlə qınayır. Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, Avropa Şurasının Baş katibi Torbyorn Yaqland Türkiyədə yaşananlara etiraz edərək, demokratiya, insan haqları və qanunun aliliyini uca tutan AŞ üzvü ölkənin qanuni seçilmiş rəhbərliyinin güc yolu ilə devrilməsinin yolverilməz olduğunu bildirib.
Öz növbəsində, Avropa İttifaqının xarii işlər və təhlükəsizlik məsələləri üzrə ali nemayəndəsi Federika Mogerini Türkiyədə qarşı duran tərəfləri təmkinli olmağa və demokratık dəyərlərə sayğı duymağa çağırıb.