Hərbi çevrilişə cəhdin arxasında Fətullah Gülənin başçılıq etdiyi "Hizmet” hərəkatının olduğu şübhəsizdir.
Baki-xeber.com-un "Reuters”-ə istinadən xəbərinə görə, bu barədə ədliyyə naziri Bəkir Bozdağ xəbər verir.
Xatırladaq ki, 1990-cı ildən ABŞ-da yaşamasına baxmayaraq, Gülən ölkə içində nüfuzunu qoruya bilib. Öncə o, hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın hakimiyyətə gəlməsinə yardım etsə də, sonradan baxışları haçalandığındfan bir-birinə əks mövqelərdə qərar tutublar. 2013-cü ildə polisin antikorrupsiya əməliyyatının ardından dini rəhbər dşvlət çevrilişinə cəhddə ittiham olunub.