Cumhurbaşqanı Ərdoğanın çağırışından sonra Türkiyədə əhali küçələrə axışmağa başlayıb.
Baki-xeber.com bu barədə Türkiyə KİV-inə istinadən xəbər verir. Xəbərdə o da bildirilir ki, hərbçilər TRT-nin binasını götürmək üçün atəş açıblar. Eyni zamanda parlament binası önündə də tankların toplaşdığı xəbər verilir.
Fox telekanalı isə artıq 9 nəfər yaralının olduğu barədə xəbər yayıb. Telekanalın efirə verdiyi görüntülərdə silahlı şəxsin dinc sakinə atəş açdığı görülür.