Türkiyə hərbiyyəsi ölkədə hakimiyyəti ələ keçirdiyini açıqlayıb və komendant saatı elan edib.
Baki-xeber.com RBK-ya istinadən xəbər verir ki, bu dəqiqələrdə ölkə başçısı Ərdoğanın xalqa videomüraciəti yayımlanıb. Videomüraciətində Ərdoğan xalqı küçələrə səsləyib. Ölkədəki vəziyyəti şərh edən Ərdoğan insanları parklara toplaşaraq çevrilişə qarşı çıxmağa səsləyib. O deyib ki, çevrilişə cəhd edənlər ən yüksək formada bunun qarşılığını alacaq.
Cumhurbaşqanı tezliklə vəziyyətin düzələcəyinə də əminliyini bildirib.
Qeyd olunur ki, Prezidentin müraciəti CNN Türkin efirində səsləndirilib. Onun harada olduğu bəlli deyil, nitqi isə jurnalistin əlində tutduğu "Iphone”-dan yayımlanıb.