Türkiyə Baş naziri Binəli Yıldırım ölkəsində baş verənləri bir sıra hərbi hissələrdə yaşanan üsyan adlandırıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə "Hurriyet” "Daily News”-a istinadən xəbər verib. Xəbərə görə, Baş Qərargah rəisi Hulusi Akar üsyançılar tərəfindən girov götürülüb.
CNN Türk-ün xəbərinə görə, tezliklə ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın xalqa müraciəti yayımlanacaq.
Baş nazir Binəli Yıldırım isə baş verənləri üsyan adlandırıb:”Bunu hərbi çevriliş adlandırmaq doğru deyil, bu üsyandır”- deyən hökumət başçısı üsyançılara qarşı hərbi gücdən istifadəni istisna etməyib.