Türkiyədə kritik durum davam edir. Baki-xeber.com DHA-ya istinadən xəbər verir ki, hazırda Cumhurbaşqanı Ərdoğanın Üsküdar Kısıklı Caddəsindəki evinin qarşısında polis gücləndirilmiş rejimdə işləyir. Küçə hər iki istiqamətdən nəqliyyatın hərəkətinə qapadılıb.
Türkiyə XİN rəhbəri özünün tvitter səhifəsində yazdığı açıqlamasında "Millətimin iradəsinə, demiokratiyaya sonuna qədər sahib çıxacağıq, heç bir güc bizi bu müqəddəs yoldan çəkindirə bilməz” ifadələrilə duruma etirazını bildirib.
Xəbərdə İstanbulun Atatürk Hava Limanından bütün uçuşların təxirə salındığı bildirilir. Eyni zamanda aeroporta maşınların daxil olması da yasaqlanıb. Aeroportun girişində 4 tank gözə dəyir, 2 tank və bir hərbi maşın VİP girişin önündə keşik çəkir.
Bayrampaşadakı Çevik Polis Qüvvələrinin də binasının qarşısında birdən artıq tankın durduğu, binanın içində və qarşısında hərbçilərin gözə dəydiyi də gələn xəbərlər sırasındadır.