Türkiyədə hərbi çevriliş baş verib. Baki-xeber.com DHA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Qərargahı xəbər yayıb.
Xəbərdə yer alan Baş Qərargahın açıqlamasında deyilir:”Türk Silahlı Qüvvələri Konstitusiya quruluşunun, demokratiyanın, insan hüquq və azadlıqlarının, təkrar təmin olunması, ölkədə hüququn aliliyinin yenidən hakim kəsilməsi, pozulan asayiş düzəninin bərpası məqsədilə ölkənin idarəçiliyinə bütövlükdə əl qoyub. Bununla belə. Bütün beynəlxalq anlaşmaların qüvvəsində qaldığını bildirir, bütün dünya ölkələrilə əlaqələrin ən yüksək səviyyədə təmin olunaağına əminliyimizi bildiririk”.
RİA "Novosti” isə ölkə idarəçiliyinin silah yolu ilə ələ keçirildiyini xəbər verir. O da bildirilir ki, Ankarada silahlı çevriliş havadan helikopterlərin dəstəyilə həyata keçirilib.
Göndərilən mesajın ələ keçirən zabitlər tərəfindən atıldığı da gələn xəbərlər arasındadır. Son məlumatlara görə, bu mətn TRT-də də oxunub. Anadolu Agentliyi xəbər verir ki, TRT-ni ələ keçirən çevrilişçi hərbçilər, bu məlumatı efirdə oxutdurub.
Bizi izləyin.