Türkiyə paytaxtı Ankarada atışma səsləri eşidilir. Məlumatlara görə, şəhərin üzərində hərbi təyyarə və helikopterlərlər, Türkiyə Silahlı Qüvvələri baş qərargahı önündə tanhklar müşahidə edilir.
Baki-xeber.com xəbə verir ki, bu barədə "Reuters” agentliyi məlumat yayıb.
Türkiyə baş naziri Binəli Yıldırım isə ölkədə çevrilişə cəhd olunduğunu bildirib.
XXX
"Anadolu” Agentliyinin mənbələrə istinadə yaydığı xəbərə görə, Baş qərargah rəisi general Hulusi Akar hərbi çevriliş edən olan bir qrup hərbçi tərəfindən girov götürülüb....
Atatürk Hava limanında uçuşlar dayandırılıb, Hava limanı ətrafında tanklar dayanıb. Məlumata görə, Boğaziçi və FSM körpülərində də Anadoludan Avropaya keçid bağlanıb.
NTV-nin yaydığı xəbərə görə, baş qərargah binasından bir hərbi vertolyot qalxıb. Hulusi Akarın bu vertolyotda olub-olmadığı bəlli deyil.
Xəbər yenilənir…