Rusiya Baş Prokurorluğunun tələbilə "İslam dövləti” terrorçu qruplaşmasının "gəlin axtarma” saytına bu ölkə ərazisində blok qoyulub.
Baki-xeber.com-un lenta.ru-ya istinadən xəbərinə görə, bu barədə məlumat qurumun saytında yerləşdirilib.
Xəbərə görə, sözügedən saytda qadınlara İŞİD mücahidlərinə ərə getmək və potensial "ər”lərlə tanışlıq qurmaq təklif olunurdu. Bəzi hallarda isə hətta İŞİD-çilərin sayt vasitəsilə özlərinə ikinci arvad seçdiyi də bildirilir. Saytın ünvanını göstərməyən Prokurorluq bildirir ki, adı evlənmə saytı olsa da, tematik istiqaməti İŞİD-in fəaliyyətinin təşviqatına və terrorizmə haqq qazandırılmasına xidmət edirdi.