Fransız təhqiqatçıları müəyyən ediblər ki, Nitsada 84 dinc sakini "tapdalayaraq” həyatından edən refrijerator sürücüsü terrorçular siyahısında olmayıb.
Baki-xeber.com-un vesti.ru-ya istinadən xəbərinə görə, o, Tunis əsilli, ikili Fransa-Mərakeş vətəndaşlığı daşıyan 31 yaşlı şəxsdir. Onun şəxsiyyətini idarə etdiyi maşının kabinəsində tapılan sənədlər əsasında müəyyən etmək mümkün olub.
Xatırladaq ki, dünən axşam Fransanın Nitse şəhərində yerli sakinlər və turistlər Bastiliya qalasının alınmasının ildönümü şərəfinə düzənlənən atəşfəşanlığa tamaşa edərkən iri yük maşını sahil zolağına çıxaraq 2 kilometrə yaxın məsafə qət etməklə bilərəkdən insanları əzib. Nəticədə 84 nəfər həlak olub, 120 nəfər yaralanıb. Hadisənin şahidləri sürücünün daha çox insanı məhv etmək məqsədilə maşını ziqzaqvari hərəkətlə idarə etdiyini deyib.