Fransanın Nitsa şəhərində terror aktı törədilib. Bu barədə baki-xeber.com TASS-a istinadən xəbər verir.
Xəbərə görə, Nitsa şəhərində terror yük avtomobilini insanların üzərinə sürməklə həyata keçirilib. Belə ki, naməlum şəxslər yük avtomobilini küçədə bayram şənliyi ilə əlaqədar gəzişən insanların üzərinə sürüb. BFM telekanalının məlumatına görə, terrorçular və polis arasında atışma olub. Nəticədə 80 nəfər ölüb, 120 nəfər yaralanıb. Sürücü polis tərəfindən güllələnib.
Fransa prezidenti Fransua Olland Nitsa şəhərində baş verən hadisələrlə əlaqədar Parisə təcili olaraq qayıdıb.
Hadisənin məsuliyyətini İŞİD öz üzərinə götürüb.
Azərbaycanın Fransadakı səfirliyi Nitsada baş verən terror aktı nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmadığını araşdırır.
Xatırladaq ki, dünən Fransa Bastiliyanın alınmasını bayram edirdi və şəhər sakinləri sahilə toplaşaraq bayram atəşfəşanlığını izləyirdilər.