şənbə günü, 31 oktyabr 2026
     

Bakıda İlham Əliyev-Poroşenko görüşü... hər iki prezidentin məmnun qalmadığı tək məsələ, BMT TŞ-də Azərbaycana böyük dəstək vədi, Bakıda birgə təyyarə istehsalı...

Image


Poroşenko: "Ukrayna Dağlıq Qarabağı tanımır və Azərbaycanın Krımla bağlı mövqeyini alqışlayır”


İyulun 14-də Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Petro Poroşenkonun təkbətək görüşü olub. Görüşdə Ukrayna Prezidenti Petro Poroşenkonun Azərbaycana ilk rəsmi səfərinin önəmi vurğulandı. Qeyd olundu ki, Azərbaycan-Ukrayna əlaqələrinin böyük tarixi var və xalqlarımız arasında daim dostluq münasibətləri hökm sürüb. İkitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, nəqliyyat və humanitar sahələrdə perspektivləri müzakirə olundu.

Söhbət zamanı ölkələrimiz arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Prezidentlərin təkbətək görüşündən sonra iki ölkənin Prezidentləri Şurasının 5-ci iclası olub. İclasda Azərbaycan və Ukrayna nümayəndə heyətlərinin üzvləri iştirak ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev bugünkü görüşdə ikitərəfli münasibətlərimizin müxtəlif sahələri üzrə geniş müzakirələrin aparıldığını bildirdi. Bu səfərin əlaqələrimizin inkişafında önəmini qeyd edən dövlətimizin başçısı Azərbaycan Respublikası və Ukrayna Prezidentləri Şurasının 5-ci iclasının müzakirələrin aparılması və qərarların qəbul edilməsi üçün yaxşı imkan yaratdığını vurğuladı.

Prezident İlham Əliyev dedi ki, qarşılıqlı maraqlar nəzərə alınmaqla müzakirə olunacaq məsələlərin həlli üçün yaxşı potensial var. Dövlətimizin başçısı ümidvar olduğunu bildirdi ki, Ukrayna Prezidenti Petro Poroşenkonun Azərbaycana ilk səfərinin ölkələrimiz arasında müxtəlif sahələr üzrə qarşılıqlı fəaliyyətin müəyyənləşdirilməsi və Azərbaycan ilə yaxından tanış olmaq üçün yaxşı imkan yaradacaq.

Nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Ukrayna Prezidenti Petro Poroşenko ölkəmizin paytaxtında ilk saatlardan gördüklərinin onlarda dərin təəssürat yaratdığını bildirdi. O, Bakının təkcə gözəlliyini deyil, paytaxtdakı insanların yüksək əhvali-ruhiyyəsini də müşahidə etdiklərini vurğuladı və ilk dəqiqələrdən nümayəndə heyəti üzvlərinin özlərini çox qonaqpərvər ölkədə hiss etdiklərini dedi.

İclasda siyasi, iqtisadi, energetika, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlıqla bağlı gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Daha sonra Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimi olub. "Azərbaycan Respublikası və Ukrayna Prezidentləri Şurasının Beşinci İclasının Protokolu”nu Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Petro Poroşenko imzaladılar.

"Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Ukraynanın Dövlət Fiskal Xidməti arasında malların hava nəqliyyatı ilə daşınmasına dair gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyət haqqında Protokol”u Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Ukraynanın Dövlət Fiskal Xidmətinin sədri Roman Nəsirov imzaladılar.

"Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Ukrayna Mədəniyyət və Turizm Nazirliyi arasında 2016-2020-ci illər üzrə mədəniyyət və incəsənət sahəsində əməkdaşlığa dair Proqram”ı Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Ukraynanın xarici işlər naziri Pavel Klimkin imzaladılar.

Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Petro Poroşenko mətbuata bəyanatlarla çıxış ediblər.

"Ukrayna və Azərbaycan neft nəql olunması üçün Odessa-Brodi layihəsinin reallaşdırılmasında maraqlıdır”. APA-nın "interfax.com.ua” saytına istinadən verdiyi xəbərə görə, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna prezidenti P.Poroşenko ilə keçirdiyi birgə mətbuat konfransında deyib. "Biz ciddi şəkildə Odessa-Brodi layihəsinin reallaşdırılmasını müzakirə etdik, çünki Azərbaycan Avropa bazarına böyük həcmdə neft ixrac edir”, - deyə o, söyləyib.

Azərbaycan dövlət başçısı iki ölkənin hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək niyyətində olduğunu açıqlayıb. Prezident qeyd edib ki, birgə sənaye komplekslərinin yaradılması çox vacibdir: "Həm ağır sənaye, hə də hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində yaxşı imkanlar var".

"Biz çox ciddi tapşırıqlar verdik və şübhəm yoxdur ki, bu tapşırıqların yerinə yetirilməsi nəticəsində ölkələrimiz bir-birinə daha yaxın olacaq və ticarət dövriyyəsi artacaq. Çünki ticarət dövriyyəsinin səviyyəsi nə Azərbaycanı, nə də Ukraynanı qane edir” – deyə Prezident İlham Əliyev bildirib. O deyib ki, danışıqlar nəticəsində birgə investisiya layihələri ilə bağlı tapşırıqlar verilib: "Hər iki ölkənin investisiya potensialının yenidən nəzərdən keçirilməsi üçün tapşırıq verilib, çünki bu məsələdə qarşılıqlı maraq mövcuddur”.

Azərbaycanın dövlət başçısı SOCAR-ın Ukrayna bazarında aktiv fəaliyyət göstərdiyini və Ukraynada 60-dan çox yanacaqdoldurma məntəqəsi açaraq, bu ölkəyə 200 milyon dollardan çox investisiya yatırdığını vurğulayıb.

APA "ukrinform.ru” saytına istinadən xəbər verir ki, Prezidenti İlham Əliyev Ukrayna şirkətlərinə Azərbaycanın müxtəlif istiqamətlərdə yaratdığı nəqliyyat imkanlarından yararlanmağı təklif edib. Azərbaycanın dövlət başçısı bildirib ki, bununla bağlı artıq ilk sınaq layihəsi həyata keçirilib və müəyyən həcmdə əmtəə Azərbaycan vasitəsilə Ukraynadan şərqə göndərilib: "Hesab edirik ki, bu layihəyə daha çox diqqət yetirməliyik. Tariflər müştərilər üçün cəlbedici olmalıdır ki, yüklər hər iki istiqamətdə hərəkət etsin”.

Azərbaycan Prezidenti ukraynalı həmkarını yaxın vaxtlarda istismara veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi barədə məlumatlandırdığını da söyləyib: "Bu, qədim İpək Yolunun bərpasıdır və burada Ukrayna şirkətləri üçün yeni imkanlar açılır. Eyni zamanda, Azərbaycan öz tərəfdaşları ilə Şimal-Cənub dəhlizinin reallaşdırılmasında maraqlıdır və bunun üçün mümkün olan hər şeyi edir. Ukrayna da bu imkanlardan istifadə edə bilər”.

Nitqinin sonunda Prezident İlham Əliyev ukraynalı həmkarı ilə apardığı danışıqlardan məmnunluğunu ifadə edib.

P.Poroşenko isə Azərbaycan ərazisində "An-178" nəqliyyat təyyarələrinin istehsalı üçün birgə müəssisənin yaradılması imkanlarını müzakirə etdiklərini deyib: "Ən perspektiv layihələrdən biri Azərbaycana "An-178" təyyarələrinin göndərilməsi və gələcəkdə bu təyyarələrin Azərbaycan ərazisində birgə istehsalı ilə bağlıdır”.

P.Poroşenko bəyan edib ki, Ukrayna Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır və Azərbaycanın Krımla bağlı analoji mövqeyini alqışlayır. "Mən qeyd etmək istərdim ki, Ukrayna Dağlıq Qarabağı və onun hər hansı sənədlərini tanımır. Azərbaycanın da Krımla bağlı analoji mövqeyini alqışlayırıq”, - deyə o, söyləyib.

P. Poroşenko Ukraynanın BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzü olması nəzərə alınmaqla, çoxtərəfli formatda qarşılıqlı fəaliyyəti, yanaşmaları razılaşdırmaq və əlaqələndirmək barədə razılığa gəldiklərini açıqlayıb: "Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü olub və Ukraynanı fəal dəstəkləyib. İndi biz bildiririk ki, Azərbaycan da bizim 2016-2017-ci illərdəki üzvlüyümüz dövründə Ukraynanın dəstəyinə arxalana bilər”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ