Artıq xəbər verildiyi kimi, Ukrayna Prezidenti Pyotr Poroşenko iyulun 13-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Baki-xeber.com-un xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Ukrayna Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Pyotr Poroşenkonu hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıb.
Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Petro Poroşenkonun təkbətək görüşü olub. Görüşdə Ukrayna Prezidenti Petro Poroşenkonun Azərbaycana ilk rəsmi səfərinin önəmi vurğulanıb. Qeyd olunub ki, Azərbaycan-Ukrayna əlaqələrinin böyük tarixi var və xalqlarımız arasında daim dostluq münasibətləri hökm sürüb. İkitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, nəqliyyat və humanitar sahələrdə perspektivləri müzakirə olunub.
Söhbət zamanı ölkələrimiz arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.