15 iyul – Ümumdünya Dondurma Günü münasibətilə UBER beynəlxalq texnoloji şirkəti geniş kampaniya keçirir.
Baki-xeber.com-un "vestikavkaza” saytına istinadən xəbərinə görə, həmin gün sözügedən şirkətin xəttilə dünyanın 400 şəhərində dondurma sifarişi və çatdırılması heç bir haqq ödənilmədən həyata keçiriləcək. Xəbərə görə, Bakı artıq ikinci ildir ki, bu şəhərlərin sırasına qoşulub. Aksiyanın Bakıdakı partnyoru isə Madodur.
Beləliklə, sabah bütün UBER istifadəçiləri üçün Madonun dondurmaları pulsuz olacaq. Üstəlik, dondurmaların şəhərin istnilən ərazisinə çatdırılması da tamamilə təmənnasızdır. Onu da bildirək ki, hər sifarişçi yalnız 4 dondurma sifariş verə bilər.