Braziliya mənşəli "islamçıların” Rio-de-Janeyroda Olimpiya oyunları zamanı fransız yığmasına hücum planı ortaya çıxıb.
Baki-xeber.com-un "reuters”-ə istinadən xəbərinə görə, belə bir xəbərdarlıqla fransız kəşfiyyatı çıxış edib. Fransa kəşfiyyat orqanının rəhbəri Kristof Qomar bildirib ki, terrorçuların bu barədə hazırladıqları plan onlara bəllidir. Lakin general, kəşfiyyat sirri olduğunu əsas gətirərək, detalları açmayıb.