Bazar günü günü, 01 noyabr 2026
     

Meyarlar itəndə və ya Cahandar ağa "kişi"?

Image


Bir də görürsən, biri deyir ki, "mən kişiyəm". Uzun illərdir belə deyən adamlar və "mən kişiyəm" sözləri haqqında çox düşünmüşəm. Hamı bilir ki, həyatda iki cins olur - kişi, qadın. Bəs, bu "mən kişiyəm" deyənlər nə istəyirlər? Görürük də, kişisən, qadın deyilsən! Bu sözləri qadın qarşısında demək isə daha əcaibdir! Ha başımı sındırıram, "mən kişiyəm" deyənlərin məqsədini başa düşə bilmirəm.
Bir də görürsən, ona tay olan bir başqası da cavab verir, ki, "sən kişi olanda kişilik moddan düşəcək". Başqası isə deyir: "Kişilik Koroğlu ilə getdi".
Çox görmüşəm, "mən kişiyəm" deyənlərdə nə isə bir şey çatmır, yaxud ailəsində bir naqislik var. Adam nə qədər deyər "mən kişiyəm"?! Bu nə demək istəyir, qarşısındakını kişi hesab etmir, yoxsa sübut etmək istəyir ki, təkcə o kişidir?
"Mən kişiyəm" deyənlərdən soruşmaq lazımdır və soruşuram: Balaca bir idarənin müdirisən, vəzifən var, ona görə kişisən? Sən ki, özündən böyüklərin qarşısında ikiqat əyilirsən! Yaltaqlıq etməkdən sifətində qırışlar əmələ gəlib! Deməli, yarındıqların daha yaxşı kişidirlər, eləmi?
Pulun çoxdur? Sənin kimi pullular qapılar arxasında boynunu büküb, qəbullarda gözləyirlər. Pulları əllərində, adam axtarırlar ki, işlərini düzəltsinlər. Ona-buna pul xərcləyirlər ki, bəlkə, birtəhər hörmət qazansınlar...
Ailənə yaxşı baxırsan? Ömründə zənbil götürüb bazara getməmisən, xanımını bazara göndərirsən. Hələ lovğa-lovğa orda-burda danışırsan ki, "kişi nədir, bazar nədir! Arvadın canı çıxsın, işdən gələndə özü bazarlıq etsin!". Ay bədbəxt, evinin bir lampası xarab olanda da, xanımın salır lampanı! Uşaqlara da baxır, sənə də qayğı göstərir, gecə-gündüz şam kimi yanır, sən isə deyirsən, qoy bazarlığı da o eləsin! Deməli, sən belə kişisən!
Danışığını da bilmirsən. Bilsəydin, dəqiqəbaşı deməzdin "mən kişiyəm". Ona görə də, bir abırlı məclisdə üç-dörd kəlmə söz deyəmmirsən. Mədəniyyətin də yox! Axı belə söz deyənin mədəniyyəti ola bilməz! Mədəniyyəti olmayan adam heç yaşına uyğun geyinə də bilməz. Deməli, şit geyinirsən...
Sənin kimiləri hərəkətlərini, oturub-duruşlarını da bilməz. Böyük-böyük danışar, orda-burda özünü öyər, kişilikdən dəm vurarlar. Sənsən kişi?
Görün nə günə qalmışıq ki, sənin kimilərinin sayəsində ekranlarda, səhnələrdə qadınlar kişilərə deyir: "Kül sənin kişi başına!" İyirmi-otuz il əvvəl ekranlardan, səhnələrdən belə sözlər eşitmişdik? Yüz il bundan əvvəl belə söz deyəni "yerbəyer" eləyərdilər...
Kişilik meyarlarını başa düşməyənlər "Dəli Kür"dəki Cahandar ağanı da (bunun nəyi ağadır) kişi hesab edirlər. Amma əsərin müəllifi, böyük yazıçı İsmayıl Şıxlı bu obrazı qələmə alanda heç də belə düşünməmişdir. Başqasının arvadını qaçıran adama kişi demək olar? Təsadüfi deyil ki, bu "kişinin" bacısı "kişidən" qorxmadan natəmiz adamların yığışdığı əyləncə məclisinə gedir. Onun bu hərəkəti Cahandarın "namusuna" toxunur və o, bacısını Kür çayında boğulmağa məcbur edir.
Cahandar kimilərinin arvadları, qızları qorxmasalar, ürəklərindən çox şeylər keçər və onun kimi "kişilərdən" intiqam alarlar... Hələ onu demirik ki, Cahandarın oğlu ondan icazə almadan oxumağa gedir...Cahandar özü isə faciəli şəkildə öldürülür. Buna kişi demək olar? Deməli, müəllif belə "kişilərin" aqibətini də görmüş və mənalı bir obraz yaratmışdır. "Mən kişiyəm" deyənlərin axırını həmişə belə gördük...
Gəncliyimdə çox yaraşıqlı, geyimli-keçimli bir cavan oğlan tanıyırdım. Azərbaycanda hansı qızı istəsəydi, onunla evlənə bilərdi. Sevdiyi qız isə rus idi. İş yerindən hər gün ona zəng vurub, saatlarla danışardı. Bir gün çoxlu telefon danışığı borcu olduğu üçün onu işdən qovdular.
Valideynləri, qardaşları onu sevgisindən döndərə bilmir, hətta məni köməyə çağırırdılar. Çəkinə-çəkinə ona söz deyəndə, xahiş edirdi ki, işinə qarışmayım. Mən də qarışmırdım. Bir gün böyük bir şadlıq sarayında toyuna getdik. Atasının qanı çox qara idi. Soruşdum, nə olub? Dedi ki, oğlum bu qızla evlənsə, mənim ürəyim partlayacaq! Elə də oldu, düz bir aydan sonra kişi dünyasını dəyişdi. Bilirsinizmi bu cavan oğlan niyə rus qızı ilə evləndi? Çünki rus məktəbində oxumuşdu, nə öyrənmişdisə, onlardan öyrənmişdi. Ondan törəyənlər nə öyrənəcəklər? Əməlli-başlı nə Nizamini, Füzulini tanıyacaqlar, nə Azərbaycan adət-ənənələrini biləcəklər, nə də musiqimizi başa düşəcəklər. İnanmıram, Puşkini, Tolstoyu da lazımınca öyrənsinlər. Deməli, hər şeydən yarımçıq olacaqlar. Oğlan uşaqları bilməyəcəklər ki, Azərbaycan kişisidirlər, yoxsa rus "mujiki"...
Gənc oğlanlar ağızlarını açan kimi deyirlər ki, "təmiz qız axtarıram. Özü də gərək ideal olsun". Bundan bir soruşan gərək, sən özün təmizsən? Özün idealsan? Yaxşı, əvvəl-axır "təmiz qızla" evlənirlər. Axırı nə olur? "Arvadsan, otur arvad yerində!" Görəsən, belə kişilər kişi yerində otura bilirlər? Xalqın, necə deyərlər, gül kimi qızlarını alıb bədbəxt edirlər! Qızlar da ki, kimi görür, onu sevirlər...
Görkəmli dramaturq İlyas Əfəndiyevin "Unuda bilmirəm" pyesində belə bir epizod var: Qız gecə vaxtı görüşdən gəlir. Anası ona anlatmağa çalışır ki, "qızım, bizim kişilərin nəvazişlərindən aldığımız zövqün ömrü cəmi üç ay çəkir. Sonra bizə ayağını yerə möhkəm dirəmiş, namuslu, qeyrətli ər lazımdır!". Bu o deməkdir ki, sadəcə olaraq sevgi ilə evlənmək olmaz, gərək gələcək həyat yoldaşını yaxşı tanıyasan. Biləsən əsli-kökü nədir, keçmişi nədir, gələcəyi nə ola bilər!
Xalq arasında belə bir məsəl var: "Əvvəlcə imam sifətində görünürlər, sonra yezidə dönürlər". Bu sözləri, əsasən kişilər haqqında demişlər. Gecə-gündüz qızlara yalvaran, dil tökən, arxalarınca sürünən, minnətçi düşənlər evlənəndən sonra, yezid nədir, lap iblisə dönürlər! "Mən kişiyəm" deyib, zəban çəkirlər. Pah atonnan! Kişiyə bax! Xalqın qızını almısan dolandır də! Bu nə biabırçılıqdır, məhkəmələrdə baş verir? İki qaşığın birini arvadla yarı bölürsən! Az qalır, aldığın alt paltarlarının da adını çəkəsən! Kişi deyilsən? Papağını başına qoy, çıx get! Şair demişkən, "getmək istəyirsən, bəhanəsiz get". Onsuz da onun qururunu qırmısan, ömürlük bədbəxt etmisən, uşaqlarını da üstünə atmısan, aliment verməkdən də boyun qaçırırsan! Bəs, deyirdin, "mən kişiyəm?" Nə oldu? Sənin kişiliyin bura qədərmiş?
Yəqin ki, eşitmisiniz, deyirlər, "filankəs arvad hesabına yaşayır". Bu nə deməkdir? Yəni "kişinin" xanımı işləyir, yaxud valideynləri ona kömək göstərir, "kişi" isə işləmir, işləmək də istəmir. Beləliklə, ailəsini maddi cəhətdən qətiyyən təmin etmir, orda-burda da lovğalanır ki, "mən kişiyəm". Kişisən, get, daş daşı, yük boşalt, fəhləlik elə... ailəni dolandır. Belə "kişilər" əslində ailədə heç kimə lazım deyil. Yəqin ki, belələrinin cəmiyyətdə də hörməti olmur. A bala, xalqın qızını almısan, yaşat də! Özün dolana bilmirdin, evin-eşiyin də yox idi, niyə evlənirdin? Bəs, haradadır sənin kişilik məsuliyyətin?
İstanbulda işləyəndə Az.TV-nin əməkdaşları qonağımız oldu, məşhur aparıcı Nailə İslamzadənin "Ailələr və talelər" verilişinin maraqlı bir çəkilişini apardılar. Verilişdə tanınmış türk vətəndaşları ilə yanaşı, mən də iştirak edirdim. Bir professor dedi ki, "arvadından narazısansa, bütün ömrü çürütməyə dəyməz, boşa getsin". Onun bu sözləri məni qəzəbləndirdi, soruşdum, "bəs uşaqlar? Siz gözəl yaşayışınıza görə xanımınızı boşayacaqsınız, uşaqlar da yetim qalacaq, eləmi? Şəxsən mən balamın bir damla göz yaşının axmaması üçün həyatımdan keçməyə hazıram!".
Verilişdə türk "kişisi" tərəfindən incidilən, alçaldılan, zülm edilən bir qadını da müdafiə etdim. Veriliş efirə gedəndən sonra Türkiyə və Azərbaycan vətəndaşları mənə zəng vurdular, dediklərimi təqdir etdilər. İndiyədək həmin professorun ürəksizliyi məni düşündürür. Yaxşı, birinci arvadı boşadın, ikinci arvadı aldın, o da pis çıxdı, onu da boşayıb üçüncüsünü alacaqsan? Görəsən, o professor tələbələrinə də belə tərbiyə verir?
Deyirlər, oğul atadan götürər. Neçə-neçə "oğullar" görmüşəm ki, birini boşayıb, ikincisini alıb. Heç demə, atası da ikinci qadınla evlənib.
Musiqiçi balasının çox vaxt musiqiçi olduğunu, rəssam uşağının rəssam olduğunu, aktyor oğlunun aktyor olduğunu görmüşük. Bu "varisliyi" həmişə qəbul etmişik. Amma atası ikinci qadınla evlənib deyə, oğul da ona oxşamalıdır? Bu nə bəhsəbəhsdir belə? Onlara bir məsləhətimiz var: Balalar, gördünüz atanız belə bir iş görüb, siz onun yolu ilə getməyin. Birdəfəlik bilin, birincinin qədir-qiymətini bilməyən, ikincisinin heç bilməz. Gərək bu, qızların da qulağında "sırğa" olsun...
Gəncliyimdə "Bakı" axşam qəzetinin müxbiri idim. Felyetonlar yazırdım. Redaksiyaya bir dələduz barədə şikayət məktubu daxil olmuşdu. Redaktor mənə tapşırdı ki, tənqidi yazı hazırlayım. Belə oldu ki, gecə saat 11-də həmin dələduzla Yasamaldakı evinin həyətində görüşdüm. Xanımı qarşıma çay qoydu. Tənqidi yazı hazırlayacağımı bildirəndə, "əsərin qəhrəmanı" yekə bir çörək bıçağını stolun üstünə qoydu və dedi: "Yazını yazsan, bu bıçaqla səni öldürəcəyəm! Kişi kimi söz verirəm!" Dedim, "incimə, sən kişiyə oxşamırsan!" Soruşdu, "niyə?" "Kişi evinə gələn qonağı bıçaqla qorxutmaz". Guya dediyi sözdən utanaraq üzr istədi. Amma yenə də yazı yazsam, mənə xətər yetirəcəyini bildirdi. Çay da içmədim, həyətdən çıxdım. Bir həftədən sonra felyetonum qəzetdə dərc olundu. Özünə "kişi" deyən fırıldaqçını əməllərinə görə məhkum etdilər...
Görün, kişilik meyarları nə qədər yüngülləşib ki, radioda belə bir reklam verirlər: "Prostomol! Kişi ol!" Prostomolla kişi olmaq olar?!
Televiziyalarda isə tez-tez bu reklamı göstərirlər: "Kişiliyini sübut et"! Tamaşaçılar da maraqla baxırlar ki, necə? Biri tapançadan atəş açıb, gülləni bir dairədən keçirir. Olur əsl kişi!
Başqa bir reklama görə, kişilərin ağlını başından çıxarmağın bir yolu varmış: "Naz-qəmzənizlə kişilərin ağlını başdan çıxarın: "Bəzənin, düzənin". Deməli, bəzənib-düzənməklə kişilərin ağlını başından çıxarmaq olarmış... Bu xanımdan soruşmaq istəyirəm: kişilərin ağlını başından çıxarmaq sənin nəyinə lazımdır?
Bir də baxırsan, reklam gedir: dənizin sahilində oğlanla qız çimərlik paltarında uzanıblar. "Həzz dəqiqələri cənnəti xatırladır. Həzz dəqiqələrində Baunti yeyin..." (Heç dəxli var?)
Bax, budur kişilik meyarlarına baxış! Onun üçün də "mən kişiyəm" deyənlər çoxalıb!
Biz də "həzz dəqiqələrində" belə yazılar yazırıq...
Xeyrəddin QOCA




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ