Ukrayna Prezidenti Pyotr Poroşenko iyulun 13-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Baki-xeber.com-un "Trend”ə istinadən xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Ukrayna Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident Pyotr Poroşenkonu hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıb.