"Azadlıq” radiosunun erməni xidmətinin Avropada erməniyönlü təşkilatın keçirdiyi sorğuya Qarabağla bağlı "təslimçi” sual daxil etməsi Ermənistanda narazılıq doğurub.
Baki-xeber.com-un erməni mətbuatına istinadən xəbərinə görə, Brüsseldə mənzillənmiş İPSC şirkətinin "Ermənistanın Avropadakı dostları” təşkilatı keçirdiyi sorğuya "Qarabağın hansı hissəsini və neçə rayonu Azərbaycana qaytarmaq olar” sualını daxil edib. Erməni mətbuatı sorğunun ortaya hansı nəticələr çıxardığını açıqlamasa da, yaratdığı narazılıq bu nəticələrin onlar üçün ürəkaçan olmadığını düşünməyə əsas verir.