Bazar günü günü, 01 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
"Donos"çular
Tarix: 13.07.2016 / 02:11
Bölmə: Gündəm
Yazılarımı oxuyan tanışlarımdan biri zəng vurub dedi ki, "bu dəfə "donosçulardan yazın". Mən də dedim ki, "ömrümdə heç kimi satmamışam, birinin arxasınca "iş" görməmişəm, "donos"çuların "iş üsullarını" bilmirəm, ona görə bu mövzunu açmaq mənim üçün bir az çətindir. İsrar etdi, "bu "donos"çulardan hamımız əziyyət çəkmişik, onlar insanların yaşayışına, fəaliyyətinə çox mane olurlar, eşitdiklərinizdən, bildiklərinizdən yazsanız yaxşı olar" dedi. Gördüm, düz deyir, yazmağına dəyər...
Yadıma 37-ci il düşdü. O zaman "donos"çular nə qədər dəyərli insanların, onların ailələrinin faciəsinə səbəb olmuşlar. Böyük Cavid də, Müşfiq də, Salman Mumtaz da, Yusif Vəzir Çəmənzəminli də, Bəkir Çobanzadə də, Əhməd Cavad da, başqa yazıçılarımız, şairlərimiz, elm adamlarımız, müxtəlif sənət, peşə sahibləri, qiymətli insanlar da "donos"çuların qurbanı olmuşlar. "Donos"çuların işləri-gücləri gecə-gündüz düşünüb-daşınıb, kimi isə gözdən salmaq, kimi isə satmaq, biabır-rüsvay etmək, bir sözlə, kimi isə məhv etməkdir! Niyə? Ona görə ki, haqqında rəy yaratdıqları, nalayiq fikirlər uydurduqları, şayiə yaydıqları insanlar müəyyən ad-san qazanıb, hörmət-izzət sahibi olublar, daha böyük mövqelərə çata bilərlər, gərək onların qarşısını alsınlar. Yoxsa "donosçular rahat yaşaya bilməzlər, boğazlarından çörək keçməz! Onlar, nə cür olur-olsun, özlərindən yüksək adamlara arxadan zərbə vurmaq, onları aradan-ortadan götürmək üçün dəridən-qabıqdan çıxırlar. "Donos"çular nə qədər insana dəhşətli zərbələr vurmuş, nə qədər insanın ürəyini partlatmış, hətta intihara sürükləmişlər. Buradaca, 41 yaşlı akademik Heydər Hüseynovun taleyini xatırlayaq. "Donos"çular onu Mircəfər Bağırovun gözündən elə salmışdılar ki, məcbur olub, öz həyatına qəsd etmişdi. Təkcə Heydər Hüseynovmu məhv oldu? Azərbaycanda yüzlərlə onun kimi dəyərli insan "donos"çuların qurbanı olub... Zaman dəyişsə də, yenə danosçular öz "işlərindədirlər".
Bir insan böyük ideallarla, xeyirxah arzularla yaşayır, yaradır, kirpikləri ilə "od götürür", istəyir ki, xalqına, vətəninə töhfələr versin, yarı yolda "qolunu-qanadını" sındırırlar, elə vəziyyətə salırlar ki, türklər demişkən, "həyata gəldiyinə peşman olur".
Təsəvvür edin, biri idarə başçısına kimin haqqındasa "donos" verir. O da inanır. Fikirləşmir ki, həmin "donos"çu bir gün də onun haqqında yuxarılara "donos" verəcək! Yaxud da idarə başçısı özü "donos"çulara şərait yaradır. Niyə? Ona görə ki, tutduğu vəzifəyə layiq deyil, əliəyridir, idarəçiliyi bilmir, qəlbiqaradır, xofludur. "Donos"çuların "köməyi ilə" işçiləri qorxu altında saxlamağa çalışır, onları özünə tabe etdirmək istəyir, birtəhər baş dolandırır, vəzifəsini itirməkdən qorxur. Belə idarələrdə əslində heç bir iş getmir, dedi-qodu, söz-söhbət hamını bezdirir.
İngiltərədə olanda səfirliyin azərbaycanlı əməkdaşlarından biri deyirdi ki, o ölkənin vətəndaşları gecə-gündüz çalışır, karyera qazanmaq üçün həmişə irəliyə can atır, pillə-pillə yüksəlirlər. Qabiliyyətsiz, bacarıqsız adamlar isə, təbii ki, karyera qazana bilmir, yerlərində saymağa məcbur olurlar və özləri də bunu bildiklərindən, yüksəlmədikləri üçün şikayət, narazılıq etmirlər.
Bizdə, bəzi idarələrdə, təşkilatlarda isə birinin o birindən xoşu gəlmirsə, onun işi bitdi, çıxarıb atırlar bayıra, qalır işsiz, çörəksiz. Daha idarə, təşkilat, müəssisə rəhbəri düşünmür ki, onun axı ailəsi, uşağı var, cəmiyyətdə müəyyən mövqe tutur, qohum-qardaşı, dostu-tanışı, onu tanıyanlar var... Axı, bu kişi ailəsini dolandırmalıdır, uşağına bir parça çörək aparmalıdır. İnsanı da çörəklə imtahana çəkərlər?
"Donos"çuların "sayəsində" istedadlı, ləyaqətli adamlar ruhdan düşür, arzuları ürəklərində qalır, ömrü boyu çəkdikləri zəhmətləri itir. Daha dəhşətlisi odur ki, bir idarədən, müəssisədən məcburiyyət qarşısında "öz ərizəsi ilə" işdən uzaqlaşdırılan adamı başqa yerdə işə götürmək istəmirlər. Düşünürlər ki, görəsən, həmin adam əvvəlki işindən niyə çıxıb? Əşi, müdiri ilə yola getməyib çıxıb, iş ağır olub, çıxıb, idarə rəhbərindən xoşu gəlməyib çıxıb, yolu uzaq olub çıxıb, ev ala bilməyib çıxıb, orada işləmək sərf eləməyib çıxıb, maaşı az olub çıxıb, karyerasında yüksələ bilməyib çıxıb, yoxsa yenə sayaq? Min bir səbəb ola bilər. İndi bu insan ömru boyu işsiz qalmalıdır, pulsuz-parasız, ac-susuz yaşamalıdır?
Başqa cür də olur. Bir işdən çıxıb o biri işə girmək istəyən adam haqqında keçmiş iş yerindən rəy soruşurlar. Keçmiş müdiri də başdan etmək üçün onu elə tərifləyir ki, gəl görəsən! Bu keçmiş müdirdən bir soruşan olmur ki, a kişi, bu belə yaxşı adam idisə, belə dəyərli işçi idisə niyə qoydun getməyə?!
Qrupbazlıq, tanışbazlıq, yerlibazlıq, üzgörənlik, idarə, təşkilat, müəssisə rəhbərinin şəxsi mənafeyini güdməsi insanları bədbəxt edir.
Bir gün Teymurləng qonaqlıqda bişirilən plovu tərifləyib deyir ki, "bəh-bəh, nə dadlı plovdur, bunu bişirənə mükafat!.. Qonaqlıqda iştirak edən Molla Nəsrəddin onun sözlərini eşidib dillənir: "Bəh-bəh, doğrudan da çox dadlıdır, bunu bişirənə afərin!" Bir azdan Teymurləng - "Bu nə plovdur, çağırın, bunu bişirən aşpaza cəza verin!" - deyə əsəbiləşir. Molla Nəsrəddin də qışqırır: "Belə də plov olar, bunu bişirənin başını bədənindən ayırmaq lazımdır!" Teymurləng Mollanı çağırıb soruşur ki, "Ayıb deyil, Molla? Bayaq plovu tərifləyirdin, indi pisləyirsən?" Molla cavab verir ki, "Hörmətli Teymurləng, mən sənə xidmət edirəm, plova yox ki!"
Əlbəttə, müdirlərə, rəislərə "xidmət edənlərin" demək olar, hamısı axırda danosçu olur...
Bir əhvalat da var. İdarədə uzun müddət işləyən işçilərdən biri rəisin yanına gəlir, başqa bir işçi haqqında rəy yaratmaq üçün sözə başlayır:
- Hörmətli rəis! Siz bu boyda idarəyə rəhbərlik edirsiniz. Hamının gözü sizdədir...
Rəis:
- Sözünü de, kişi!
- Sözüm odur ki, şöbə müdiri Hüseynəliyə qətiyyən inanmayın. Fırıldaqçının, yaramazın, rüşvətxorun, qohumpərəstin biridir. Sizə and verirəm o yeri-göyü yox yerdən yaradan Allaha, camaatı ona tapşırmayın. Qudurmuş it kimi tutur adamları! Belə getsə, olan-olmaz hörmətiniz də itib gedəcək...
Rəis fikrə gedib handan-hana dillənir:
- Ağsaqqal, bu gündən Hüseynəlini özümə müavin təyin edirəm.
Ağsaqqal dik atılır:
- Siz nə danışırsınız, mən yanınıza ona görə gəlmişəm? Səhərdən ağzımda bir Quran söz danışıram!
- Bilirsən nə var, qoca, buranı idarə eləmək üçün Hüseynəli kimi bir neçə yaramaz lazımdır. Yoxsa bu adamların ağzını bir yerə yığmaq olmaz!
"Donos"çuluğun xüsusiyyətlərindən biri paxıllıqdır. "Yalnız ata oğlunun istedadına paxıllıq etmir" (İ.Höte). Deyirlər, insanlar hətta dəbdəbəli dəfn mərasimlərinə də paxıllıq edirlər. "Hətta istedadlı təlxəyin eybəcərliyi də paxıllıq hissi oyada bilər" (E.Servis). Məncə, bu fikirləri izah etməyə ehtiyac yoxdur...
Yaltaqlıq da "donos"çuluğa aparır. K.Krılov yazmışdır:
Çoxdan sübut olub, yaltaqlıq murdar,
Zərərli bir işdir... Yenə adamlar
Bundan çəkinməyir, çünki hər yaltaq
Tapır ürəklərdə kiçik bir bucaq.
"Yaltaq - əhliləşdirilmiş heyvanların ən təhlükəlisidir" (Diogen). İtalyanlar deyir ki, "Yaltaqlıq gizli düşmənçilikdir".
"Olmasaydı cahanda sarsaqlar,
Ac qalardı, yəqin ki, yaltaqlar".
Satqınlar da "donos"çu olurlar. Amma "Satqınlar ilk növbədə özlərini satırlar" (Plutarx).
Kimi aldı, kimi satdı
Satan dünya, alan dünya.
Böyük Şəhriyarın misralarıdır...
"Donos"çular şərəfsiz və ləyaqətsiz adamlardır! Onlar xəyanətkar və tamahkardırlar! "Donos"çular həm də təmənnalıdırlar! Onlar cəsarətsiz, mənəvi cəhətdən yoxsuldurlar! "Donos"çularla cinayətkarlar arasında heç bir fərq yoxdur! Onlar ən böyük yalançıdırlar! "Donos"çular natəmiz, əxlaqsız, böhtançıdırlar! Onlar vicdansızdırlar!
"Donos"çuların sir-sifətinə fikir versəniz görərsiniz ki, onlar heç normal adama da oxşamırlar. Heç kosmetik cərrahiyyə əməliyyatı da onları düzəldə bilməz, çünki daxili aləmləri çirkindir, murdardır! Bir sözlə, dünyada nə qədər pis sözlər var, "donos"çulara "yaraşır"!
Amma "donos"çuların başqalarına vurmaq istədikləri zərbə bəzən onların özlərinə dəyir. Xalq arasında təsadüfi demirlər ki, "Nə tökərsən aşına, o çıxar qaşığına" və ya "Nə əkərsən, onu biçərsən".
Qələmi əlimə götürməmişdən əvvəl xeyli düşündüm, "donos"çuların bəzi hərəkətlərini xatırladım. Onlar zəhərli ilanlara oxşayırlar, "işlərini" gizlin həyata keçirirlər. Bəzən bir tanınmış adamı məhv etmək üçün qrup halında "fəaliyyət" göstərirlər. Müdirlərə, rəislərə də ki, biri deyir inanmır, ikisi deyir inanmır, axırda düşünürlər ki, elə hamı filankəsdən danışır, deməli, burada bir həqiqət var. Qrup fasiləsiz "işini" görməkdə davam edir, filankəsin axırına çıxana kimi çalışır. Bəzən qəzetlərə həmin filankəs haqqında böhtan və iftira dolu məqalələr yazdırırlar, onun barəsində ictimai rəy yaradırlar. Bir sözlə, onun "evini yıxmaq" üçün əllərindən gələni edirlər, çox vaxt da istədiklərinə nail olurlar. Necə deyərlər, bu "at ilxısı, köpək sürüsü" çox insanlara ləkə yaxır...
"Donos"çuların öhdəsindən yalnız ağıllı, tədbirli, təcrübəli, müdrik vəzifəli şəxslər gələ bilərlər. Heydər Əliyev deyirdi ki, "Vəzifə insana heç bir şey vermir, sadəcə olaraq, səlahiyyət verir. Qalan hər bir şey onun ağlından, zəkasından, biliyindən, mədəniyyətindən asılıdır". D.Karnegi isə demişdir ki, "Kollektiv öz rəhbərinə oxşayır". Ona görə də "donos"çuları hər yerdən rədd etmək lazımdır! Onlar hamıya iftira, böhtan atmaqdan başqa, həm də idarəçiliyə mane olurlar.
Hər bir yazıçı əsərlərindəki obrazlara mütləq öz fikirlərini də qatır. Mən də başdan bəri "donos"çular haqqında nə düşünürəmsə, onları da yazıram. Fikirlərimi davam etdirərək deyirəm ki, "donos"çular mənim nəzərimdə insan deyillər, gözümdə onların adi bir cücü qədər, böcək, qarışqa qədər dəyəri yoxdur! Çünki "donos"çuların uydurmaları çoxları kimi məndən də yan keçməmişdir. Heç zaman belə adamcıqlara fikir vermədiyimdən, böyük zərbələr almışam. Ancaq sevinirəm ki, onlardan əbədilik ayrılmışam. Qoy "donos"çular bilsinlər ki, onlar kimi namərdlərin iyrənc əməlləri sayəsində son dərəcə azad yaşayıram, göründüyü kimi, öz iş-gücümlə məşğulam. Yazıçı kimi naqis, xəbis, ürəyi xılxalı, satqın, lovğa, vəzifəsi ilə öyünən adamları görməyə gözüm yoxdur və 40 ildir ki, belələri ilə "müharibə" aparıram. Qazancım çox olub, itirdiyim isə əsəblərimdir. Bunlarla, əstəğfürullah, Allah da bacarmaz! Zalım balaları pərpətöyün toxumu kimi gündən-günə çoxalırlar! Ona görə də, həmişə Cəlil Məmmədquluzadəni, Mirzə Ələkbər Sabiri, Əbdülrəhim bəy Haqverdiyevi düşünürəm. Görün, onlar belələrindən nələr çəkmişlər! Onların yazdıqlarını oxuduqca görürəm ki, yüz ildə bu simasızlar necə olublarsa, eləcə də qalıblar! Görünür, "donos"çuluq da irsi xüsusiyyətdir. Nəsillə, qanla insanlardan bir-birinə keçir. Yaxşı xüsusiyyət olsaydı, uzun müddət "yaşamazdı", pis xüsusiyyətdir, ona görə "yaşayır", mikrob kimi yayılır! Tibb elmi hələ tam inkişaf etmədiyi üçün xərçəng, şəkər kimi xəstəliklərlə yanaşı, "donos"çuluğu da məhv etmək üçün iynə, dərman tapılmır! Bəli, "donos"çuluq bir xəstəlikdir! Kim bu xəstəliyə düçar olsa, təkcə ölməklə canını "qurtara" bilər. Daha doğrusu, insanların canı onlardan qurtarar!..
Bir kişi hər gün evə qanıqara gəlir, o ki var, direktorunun qarasınca danışırdı.
- Belə də direktor olar, süründürməçinin, qabiliyyətsizin, savadsızın, qohumbazın biridir. Daha canımı boğazıma yığıb...
Heç demə, evdə saxladığı tutuquşu da onun sözlərini əzbərləyirmiş. Bir gün necə olursa, direktor müavini ilə birlikdə ona qonaq gəlməli olur. Onlar içəri girəndə tutuquşu dillənir:
- Belə də direktor olar, süründürməçinin, qabiliyyətsizin, savadsızın qohumbaz...
Ev sahibi rüsvay olacağını görüb, tutuquşunu basır soyuducuya ki, səsi kəsilsin. Yarım saatdan sonra tutuquşunu ağappaq, buzun içərisindən çıxarır. Tutuquşu soyuqdan əsə-əsə dillənir:
- Direktorumuz əla rəhbərdir. Həmişə süründürməçiliyə, qabiliyyətsizliyə, savadsızlığa, qohumbazlığa qarşı mübarizə aparır...
Ev sahibi heyrətindən bilmir nə etsin. Qonaqlar gedəndən sonra tutuquşudan soruşur:
- Necə oldu ki, elə gözəl sözlər danışdın?
Tutuquşu deyir:
- Səni də mənim günümə salsaydılar, elə danışardın...
Görünür, "donos"çuları buza basdırmaq, odda yandırmaq lazımdır ki, kökləri kəsilsin!
Hərənin bir şakəri olur. Kimi futbol azarkeşidir, istər, külək qalstukunu boğazından açıb aparsın, onun üçün təfavütü yoxdur, gərək bütün oyunlara stadionda tamaşa eləsin.
Və yaxud, bir də görürsən, birinin o birindən xoşu gəlmir. Onun da bir başqa şakəri olur. Sarılır qələm-kağıza, başlayır rəqibi haqqında məsul təşkilatlara imzasız, böhtan və iftiralarla dolu şikayət məktubları yazıb-yağdırmağa. Komissiya komissiya dalınca gəlir, yoxlama yoxlama dalınca aparılır. Məktub müəllifi də kənarda dayanıb tamaşa eləyir ki, görsün, axırı necə olacaq? Mən bir nəfər beləsini tanıyıram. Hərdən ona deyirlər ki, sənin "sümük azarın var". Deyəsən, düz deyirlər. Elə ki, "donos" yazmadı, azar canını alır, ona elə gəlir ki, sümükləri şaq-şaq şaqqıldayır! "Donos" verəndə isə, elə bil, ağrı-acısı canından çıxır. Özü də hamı haqqında "donos" uydurur. Heç ona dəxli olmayan adam barədə də lazımi yerə "məlumat" çatdırır. Təki, kiminsə gözünə yaxşı görünsün...
"Donos"çunun "sümük azarı" tutdumu, qurtardı, balıq susuz yaşaya bilmədiyi kimi, o da "donos" verməsə ölər!
Folklorumuzdakı xalq qarğışlarına bir qarğış da əlavə etmək olar: "Görüm, elə "donos"çuların kökü kəsilsin"!
Xeyrəddin QOCA
DİGƏR XƏBƏRLƏR
Tarix: 30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
Tarix: 29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
Tarix: 28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
Tarix: 28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
Tarix: 28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
Tarix: 27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
Tarix: 27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
Tarix: 27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub -
işin içində azərbaycanlılar da var…
Tarix: 26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi
Tarix: 24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə -
gənclər Vuçiçi devirməyə qərarlıdır
Tarix: 22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi
Tarix: 20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı -
həm də insan haqları mövzusunda…
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...
Tarix: 29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
SON XƏBƏRLƏR
31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi
– müvəqqəti kabinetin yaradılması təklif edildi…
31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası
31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır
– etirazçılarla polis arasında toqquşmalar baş verib…
31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı…
Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…
31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı
- tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…
31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…
31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı
- ABŞ üçün oyunun sonu olacaq…
31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…
31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı
– bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…
31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı
– təzminat tələbini isə rədd etdi…
31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir
- prezidentlə qarşı prokurorluğa çağırış edildi…
31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…
31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı
31.10.2026 / 14:58
Polşada gərginlik artır
– Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...
31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi
– avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…
31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur"
- Əhliman Əmiraslanov
31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…
31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır
- YENİ QİYMƏTLƏR...
31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi
31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu
31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı
- Başqa yol yoxdur...
31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi
– Prezident-hökumət qarşıdurması pik həddə çatdı…
31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...
31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı
31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq
31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...
31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı
30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…
30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...
30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...
30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...
30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...
30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...
30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...
30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə
- Azərbaycan Zirvələr ölkəsinə çevrilir...
30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil
- Forumda klassik düstur açıldı...
30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
- FOTO
30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı...
İran narahatdır...
30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi
- YENİLƏNDİ
30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi
– bir gündə üç zavod vuruldu…
30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var
- Rusiya TŞ-dən iddia...
30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...
30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır -
Aşqabad indi hərəkətə keçir...
30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib
- FOTO
30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib
30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub
30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...
30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır
30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi -
növbədəki kim?..
30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi
30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib
30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb -
101 deputat isə onlara nifrət edir...
30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...
30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq?
- AÇIQLANDI...
30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi...
Necə???
30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...
30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı
– DETALLAR…
30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib"
- Hikmət Hacıyev
30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi
30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu
- niyə bu işlərə ləkə salırsınız?
30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi
30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...
30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı
– iki şəhərdə iğtişaşlar başladı…
30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...
30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq
- "Babəli Türkiyədə saxta pul alverinə girişib"
30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır"
- Əli Əsədov
30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…
30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi
- oradan dərhal uzaqlaşın...
30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...
30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı
– iki Su-34 qırıcısı məhv edildi…
30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi -
İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…
30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub
30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…
30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı
- üç namizəd var...
30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə
- keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...
30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü
30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi...
1918-ci iin payız aylarında...
29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)
29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib
- FOTO
29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
Tarix: 02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
XƏBƏR ARXİVİ